Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə vəkillər üçün növbəti ixtisasartırma təlimləri keçirilib.
Belə ki, oktyabrın 22-də
“Məhkəmədə vəkilin hüquqları və vəzifələri” mövzusunda distant qaydada keçirilən
təlimdə VK-nın İntizam Komissiyasının üzvü, “Kəngərli və partnyorları” Vəkil
Bürosunun müdiri İsmayıl Kəngərli təlimçi qismində çıxış edib.
Təlimdə vəkilin hüquq və vəzifələrinin
bölgüsü, məhkəmədə və təmsil etdiyi şəxslərə münasibətdə vəkilin hüquq və vəzifələri,
vəkilin itihamın mahiyyətini bilməsi hüququ, vəkilin müdafiə etdiyi şəxslə
ünsiyyət saxlamaq hüququ, vəkilin vəzifələri, etik davranış qaydalarına əməl
etməsi və digər məsələlər ətrafında
geniş müzakirələr aparılıb.
Oktyabrın 23-də “Əqdlərin
etibarsızlığı” mövzusunda distant qaydada təşkil olunan digər təlimdə isə
Kollegiyanın üzvü Vamiq Şükürov təlimçi qismində çıxış edib.
Təlimdə əqdlərin
etibarlılığı və etibarsızlığı qaydaları, əqdin etibarlı olma şərtləri, əqdin
forma tələblərinə əməl olunması, tərəflərin iradə ifadəsinin düzgünlüyü, əqdin
etibarsızlığna görə növləri, mübahisələndirilən əqdlər, iradə qüsurlarına görə əqdlərin
etibarsızlığı və digər əlaqəli məsələlər müzakirələr edilib.
Oktyabrın 24-də “Avropa
İnsan Hüquqları Məhkəməsinin qərarları işığında şikayətin qəbul edilənlik şərtləri”
mövzusunda təşkil olunmuş növbəti distant təlimdə Kollegiyanın üzvü Sadiq
Bağırov təlimçi qismində çıxış edib.
Təlimdə şikayətin mahiyyəti
ilə bağlı qəbuledilənlik şərtləri, ölkədaxili hüquq-müdafiə vasitələrinin tükəndirilməsi,
tükəndirmə öhdəliyindən azad olma, anonim şikayət, müraciət hüququndan
sui-istifadə, yurisdiksiya üzrə şərtlər, mahiyyət şərtləri və digər müvafiq məsələlər
təhlil olunub.
Ümumilikdə 120 vəkilin iştirak etdiyi təlimlərin sonunda iştirakçıların müxtəlif sualları cavablandırılıb.



