Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə
Mərkəz arasında əməkdaşlıq, habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində
növbəti təlimlər keçirilib.
Oktyabrın 27-də “Vəkilin
ona müraciət etmiş şəxsə qarşı etik münasibəti” mövzusunda distant formada
keçirilmiş təlimdə Vəkillər Kollegiyası İntizam Komissiyasının və Deontologiya
Komitəsinin üzvü Elvin Əliyev və “Presedent” Vəkil Bürosunun müdiri Zülfiyyə Həşimova
tərəfindən müştəri–vəkil münasibətləri, hüquqi yardımın obyektivliyi, müştərinin
hüquqlarına hörmət, peşə standartları kimi müxtəlif məsələlər geniş təhlil
olunub.
Oktyabrın 29-da aylıq çərçivəsində
keçirilmiş sonuncu distant formalı təlimdə Vəkillər Kollegiyası Deontologiya
Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil
Bürosunun müdiri Paşa Səfərov və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun müdiri
Ceyhun Bayramov tərəfindən “Vəkilin öz fəaliyyətinin təbliği zamanı istifadə edəcəyi
imkanlar” mövzusunda vəkillərin etik təbliğ üsulları, peşə reputasiyası, etik məhdudiyyətlər,
reklam etikası və digər əlaqəli aktual məsələlər müzakirə olunub.
Qeyd edək ki, təlimlərdə Vəkillər Kollegiyasının ümumilikdə 105 üzvü iştirak edib.





