Məlum olduğu kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2018-ci il fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər keçirilməkdədir. Bu təlimlərin davamı olaraq 26-28.10.2018-ci il və 02-04.11.2018-ci il tarixlərdə yeni qəbul olunmuş vəkillər üçün “Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübə” mövzusunda seminar keçirilmişdir. “Quba Palace” otelində baş tutan seminarlarda Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə yeni qəbul olunmuş 40 vəkil iştirak etmişdir.
Qeyd edək ki, ekspert qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədovun iştirak etdiyi seminarda “əmək qanunvericiliyi”, “əmək müqavilələri”, “əməyin mühafizəsi, təhlükəsiz və ədalətli əmək şəraiti” və s. mövzular tədris olunmuş, bu mövzular ətrafında fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Gələcəkdə bu kimi silsilə tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.