Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər deputatın təşəbbüsü ilə Abşeronda vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər

14 noyabr 2025    212 share share

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə Abşeron rayonunda sosial-hüquqi aksiya təşkil olunub.

Belə ki, noyabrın 13-də rayonun Mehdiabad qəsəbəsində Milli Məclisin deputatı Ramid Namazovun təşəbbüsü və Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.

Aksiya zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların sosial müdafiə, hüquqi məsələlər, məşğulluq və digər sahələrə dair müraciətləri dinlənilib, aidiyyəti üzrə dəstək verilib. Eyni zamanda qaldırılan bir sıra məsələlərin qanunvericilik çərçivəsində baxılması və müvafiq qurumlara yönləndirilməsi məqsədilə qeydlər aparılıb.

Qəbulda iştirak edən sakinlər pulsuz hüquqi yardım təşəbbüsünü dövlətin yüksək qayğısı kimi qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisin sədrinə və Vəkillər Kollegiyasının rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər.