Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası (VK) ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan
razılığa əsasən 28.11.2025-ci il tarixdə saat 10:00-da VK üzvlüyünə qəbulla
bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
İmtahanda iştirak etmək
niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 19.11.2025-ci il tarixədək
davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq
edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər
19.11.2025-ci il tarixədək “Şəxsi kabinet” vasitəsilə ödənişi həyata keçirməlidirlər.
Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.
Qeyd olunmalıdır ki,
keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə
buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini
imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az
saytına daxil olaraq çap etmələri xahiş olunur.
Eyni zamanda namizədlərdən
müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı
şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar
korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə
yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilir
ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login)
qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər
19.11.2025-ci il tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala
bilərlər.