Noyabrın 15-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Sığorta ödənişindən imtinanın hüquqi əsasları və məhkəmə təcrübəsi” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələləri
qeyd edib. Qeyd olunub ki, sığorta ödənişlərindən imtina məsələləri yalnız
kommersiya mübahisəsi olmaqla qalmır, həm də hüquqi baxımdan şəxsin
konstitusion hüquqlarını və dövlətin suverenliyini qorumağa xidmət edir.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalının yeni - “Konstitusiya və Suverenlik İli”nə həsr
edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, “Presedent” Vəkil Bürosunun vəkili, Kənd Təsərrüfatı
Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nın baş hüquqşünası Günay
Musayeva sığorta müqaviləsinin mahiyyəti, sığortalının qəsdi nəticəsində
vurulmuş zərər, sığorta təminatında məhdudiyyətlər və digər imtina halları barədə
ətraflı çıxış edib.
Təlim interaktiv formada
davam edib və sonda vəkillərin müvafiq sahədə müxtəlif sualları
cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 29 üzvü iştirak edib.




