Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində vəkillər üçün “Vəkilin uşaq hüquqlarının müdafiəsində iştirakının hüquqi aspektləri və həyata keçirilən tədbirlər” mövzusunda ixtisasartırma təlimi keçirilib.
Belə ki, noyabrın 14-də
distant qaydada təşkil olunan VK üzvü Cavanşir Qasımzadə təlimçi qismində çıxış
edib.
Təlimdə cinayət prosesində
uşaqların hüquqlarının müdafiəsi, 1989-cu il tarixli “Uşaq hüquqları haqqında
Konvensiya”da qeyd olunan uşaq anlayışı, valideyn himayəsindən məhrum olan
uşaqların müdafiəsi, cinayət prosesində uşaqların hüquqi müdafiəsində vəkilin
rolu, vəkilin yetkinlik yaşına çatmayan şəxslərin hüquqi müdafiəsində iştirakı,
mülki və inzibati sahədə uşaqların hüquqi müdafiəsi və digər məsələlər geniş
müzakirə edilib.
Sonda təlimçi tərəfindən iştirakçıların
sualları dinlənilib və müvafiq fikir mübadiləsi olunub.
Təlimdə Kollegiyanın ümumilikdə 21 üzvü iştirak edib.

