2025-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.
Kollegiyanın inzibati
binasında baş tutan qəbulda Bakı şəhərindən və respublikanın müxtəlif bölgələrindən
gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib,
qaldırılan məsələlər diqqətlə araşdırılıb və hər bir müraciət ayrıca qeydə
alınıb.
Qəbul zamanı vətəndaşların
üzləşdiyi hüquqi problemlərin həlli yolları ətraflı müzakirə edilib, onlara
izahlar, praktiki tövsiyələr və hüquqi məsləhətlər verilib. Eyni zamanda bir
sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən
müraciətlər isə nəzarətə götürülərək, aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi
diqqətə çatdırılıb.
Qeyd edək ki, VK-da vətəndaş
məmnunluğunun artırılması, onların hüquqlarının müdafiəsi və keyfiyyətli hüquqi
yardımın əlçatanlığının təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır.
Kollegiya sədri Anar Bağırovun vətəndaş qəbulları mütəmadi xarakter daşıyır və
bu proses vətəndaşların müraciətlərinə operativ və şəffaf yanaşmanın təmin
olunmasına xidmət edir.
Sədrin qəbulunda iştirak etmək istəyən vətəndaşlar VK Aparatına müraciət edə bilərlər.



