Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Girovun və ipotekanın yaranması əsasları” mövzusunda təlim keçirilib

24 noyabr 2025    580 share share

Noyabrın 22-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Girovun və ipotekanın yaranması əsasları” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlər barədə danışıb.

Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilən genişmiqyaslı qanunvericilik dəyişiklikləri Vəkillər Kollegiyasının peşəkar inkişafına yeni imkanlar açacaqdır.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili, "Bank of Baku" ASC-nin Məhkəmə və icra işləri üzrə hüquq departamentinin baş hüquqşünası Asif Abdullayev girov predmetinin müəyyən edilməsi, girov münasibətlərinin hüquqi tənzimlənməsi, ipoteka münasibətlərində təminat mexanizmi, borcalanın ipoteka predmetinə dair mülkiyyət hüququnun mövcudluğu və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.

Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 70 vəkil iştirak edib.