Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Rəqabət qaydaları. Ümumi baxış” mövzusunda təlim təşkil edilib

24 noyabr 2025    522 share share

Noyabrın 22-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Rəqabət qaydaları. Ümumi baxış” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun vəkillər üçün praktiki əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü, “Veysəloğlu” Şirkətlər Qrupunun Hüquq və Komplayens direktoru Allahverən Oruclu rəqabət mühitinin formalaşdırılması prinsipləri, bazar iştirakçıları arasında ədalətli rəqabət qaydaları, haqsız rəqabətə səbəb olan hərəkətlər, iqtisadi təmərküzləşmələr, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.

Sonda mövzu üzrə vəkilləri maraqlandıran suallar cavablandırılıb, müxtəlif kazuslar müzakirə edilib.

Qeyd edək ki, təlimdə 45 vəkil iştirak edib.