Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Hacıqabul rayonunun əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım

07 noyabr 2018    2163 share share

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 10 noyabr 2018-ci il tarixdə bir qrup vəkil tərəfindən Hacıqabul rayonunda yerləşən Heydər Əliyev adına mərkəzdə ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquq yardım göstərilməsi nəzərdə tutulmuşdur. 

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.