Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər deputatın təşəbbüsü ilə Neftçalada vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər

24 noyabr 2025    603 share share

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə Neftçala rayonunda sosial-hüquqi aksiya təşkil olunub.

Belə ki, noyabrın 24-də Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının təşəbbüsü və Neftçala rayonunda fərdi qaydada fəaliyyət göstərən Seymur Abdullayev, Könül Dadaşova və Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Binyamin Cumayevin dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.

Aksiya zamanı 10-a yaxın vətəndaşın fərdi qaydada dinlənilib, onların sosial müdafiə, hüquqi məsələlər, məşğulluq və digər sahələrə dair müraciətləri dinlənilib, aidiyyəti üzrə dəstək verilib.

Eyni zamanda qaldırılan bir sıra məsələlərin qanunvericilik çərçivəsində baxılması və müvafiq qurumlara yönləndirilməsi məqsədilə qeydlər aparılıb.