Noyabrın 29-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Kulturologiya və hüquqi mədəniyyət” mövzusunda əyani qaydada təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən
hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim
mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, təlimçi, kulturoloq,
tarix elmləri doktoru, professor Fuad Məmmədovun çapdan çıxmış “Yüksək mədəniyyətli
insan” kitabı insanın mənəvi inkişafını, etik davranışını və cəmiyyət
qarşısında mədəni məsuliyyətini formalaşdıraraq daha şüurlu, savadlı və
harmonik şəxsiyyət yetişdirməyə xidmət edən əhəmiyyətli bir mənbədir.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti
onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində
kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov Kulturologiya
elminin tarixi, mədəni dəyərlərin hüquqi davranışa təsiri, cəmiyyətin
kulturoloji inkişafının hüquq sistemində rolu, hüquqa hörmət, ictimai davranış
mədəniyyəti və digər məsələlər barədə çıxış edib.
İnteraktiv formada davam
edən təlimin sonunda müxtəlif suallar müzakirə olunub və xatirə şəkli çəkilib.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 25 üzvü iştirak edib.





