2025-ci il dekabrın 3-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər
və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik
fəaliyyətinin dayandırılması, bəzi vəkillərin vəkil kabinetinin yaradılması və
digər vəkil qurumlarına keçməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar
qəbul edilib.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verdikləri intizam pozuntularına görə 3 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin
tələblərinə ciddi riayət etmələri tapşırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq
edilib, 1 vəkil isə cərimələnib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
