Dekabrın 4-də “Regional İnkişaf” İctimai Birliyi, “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı və Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nizami Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin nümayəndəsi və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri
tərəfindən vətəndaşlara səyyar hüquqi xidmətlər göstərilib, hüquqi məsləhətlər
verilib, ərizə və şikayətlərin tərtibində praktiki dəstək təqdim olunub, müraciətlərin
hüquqi qiymətləndirilməsi aparılıb və ailə, əmək, sosial təminat, mənzil-kommunal
və mülki münasibətlər kimi mövzular üzrə məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait yaratmaqdır.











