"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə regionlarda növbəti sosial-hüquqi aksiyalar keçirilib.
2025-ci il 6 və 8 dekabr
tarixlərində təşkil olunan aksiyalar çərçivəsində Qəbələ və Quba rayonlarında
vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təşkil olunub.
Belə ki, Qəbələ rayonu,
Dövlət Peşə Təhsil Mərkəzində deputat Elşən Musayev və Quba rayonunda deputat
Anatoliy Rafailovun təşəbbüsü və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi
yardımın göstərilməsi təmin edilib.
Aksiyalarda Qəbələ və Quba
rayon Vəkil bürolarının vəkilləri tərəfindən ümumilikdə 40-a yaxın vətəndaşa
müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşlara inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, aliment tələbləri, əlilliyin təyin olunması və digər sosial xarakterli məsələlər üzrə hüquqi məsləhətlər verilib, müraciətlər fərdi qaydada araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib.





