Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvlərinə növbəti ixtisasartırma təlimləri keçirilib

11 dekabr 2025    642 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə vəkillər üçün növbəti ixtisasartırma təlimləri keçirilib.

Belə ki, dekabrın 3-də “Vəkillərin qərəzsizliyi və peşəkar müstəqilliyi” mövzusunda distant qaydada keçirilən təlimdə VK İntizam Komissiyasının və Deontologiya Komitəsinin üzvü Elvin Əliyev təlimçi qismində çıxış edib.

Təlimdə vəkilin müstəqilliyi, vəkilin müdafiə etdiyi şəxsin maraqlarına üstünlük verməsi, vəkillərin peşə etikası, vəsatətlərin verilməsinin yolverilməzliyi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Dekabrın 4-də “Vəkillərin etik davranış qaydaları və bu qaydaların praktikada tətbiqi” mövzusunda distant qaydada təşkil olunan təlimdə isə VK Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü Paşa Səfərov təlimçi qismində çıxış edib.

Təlimdə “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”də qeyd edilən davranış qaydalarının əsasları, davranış qaydaları konteksində vəkilin müstəqilliyi, fərdi məsuliyyətinin artırılması, ictimai etimad, konfidensiallıq, işgüzar nüfuza hörmət, qərəzsizlik və digər əlaqəli məsələlər müzakirələr edilib.

Eyni zamanda dekabrın 4-də “İqtisadi təmərküzələşmələr, iqtisadi təmərküzləşmələrə dövlət nəzarəti” mövzusunda təşkil olunmuş növbəti distant təlimdə isə Kollegiyanın üzvü Fidan Rüstəmli təlimçi qismində çıxış edib.

Təlimdə təmərküzləşmə hesab olunan hallar, şəxslər qrupu, razılıq əldə olunması tələb olunan təmərküzləşmələr, təmərküzləşməyə razılıq alınması prosesi, təmərküzləşmələrin qiymətləndirilməsi, təmərküzləşmə səviyyəsinin hesablanması və digər müvafiq məsələlər təhlil olunub.

Həftənin sonuncu – 5 dekabr tarixində keçirilən “Hüquqi yazı” mövzusunda distant təlimdə Kollegiyanın üzvü Zaur Nağıyev təlimçi qismində çıxış edib. 

Təlimdə hüquqi yazı prosesi və strukturu İRAC və CREAC, obyektiv və inandırıcı hüquqi yazı, yazı üçün əsas qaydalar, hüquqi rəyin strukturu (İRAC) və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.


Ümumilikdə 97 vəkilin iştirak etdiyi təlimlərin sonunda iştirakçıların müxtəlif sualları cavablandırılıb.