Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Buxarest şəhərinə rəsmi səfərə gedib.
Səfərin ilk günü nümayəndə
heyəti Buxarestin Tey Parkında ucaldılmış müasir müstəqil Azərbaycanın memarı və
qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin abidəsini
ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi
böyük ehtiram və dərin hörmətlə anılıb.
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da ziyarətdə iştirak edib.


