Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.
Göstərilən tövsiyənin icrası ilə bağl,həyata keçirilən tədbirlərin davamı olaraq noyabr ayının 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Hacıqabul rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
Heydər Əliyev adına mərkəzdə vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının bir qrup üzvləri 10-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazmışlar.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.