"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə Kürdəmir rayonunda sosial-hüquqi aksiya təşkil olunub.
Belə ki, dekabrın 17-də
Milli Məclisin deputatı Əminə Ağazadənin təşəbbüsü və fərdi qaydada fəaliyyət
göstərən Faiq Atabəyov və Vilayət Zeynalovun dəstəyi ilə vətəndaşlara pulsuz
hüquqi yardımın göstərilməsi təmin edilib.
Aksiya zamanı 10 vətəndaşın
fərdi qaydada dinlənilib, onların sosial müdafiə, hüquqi məsələlər, məşğulluq və
digər sahələrə dair müraciətləri dinlənilib, aidiyyəti üzrə dəstək verilib.
Eyni zamanda qaldırılan bir sıra məsələlərin qanunvericilik çərçivəsində baxılması və müvafiq qurumlara yönləndirilməsi məqsədilə qeydlər aparılıb.



