Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Torpaq sahələrinə mülkiyyət hüquqlarının əldə edilməsinin hüquqi əsasları və bu sahədə məhkəmə təcrübəsi” mövzusunda təlim keçirilib

18 dekabr 2025    739 share share

Dekabrın 17-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Torpaq sahələrinə mülkiyyət hüquqlarının əldə edilməsinin hüquqi əsasları və bu sahədə məhkəmə təcrübəsi” mövzusunda distant qaydada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, "Azpetrol Ltd" MMC-nin Hüquq şöbəsinin rəisi Vasif Hüseynov torpaq münasibətləri və onun iştirakçıları, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin əsas səlahiyyətləri, torpağın kateqoriyaları, məqsədli təyinatı, o cümlədən torpaq hüquqlarının pozulmasına görə mülki-hüquqi məsuliyyət, torpaq mübahisələrində ekspertiza sənədləri və digər məsələlər barədə ətraflı çıxış edib.

Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb və mövzu üzrə müxtəlif məhkəmə qərarları, o cümlədən təqdim olunmuş kazus birgə müzakirə edilib.

Sonda vəkillərin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 98 üzvü iştirak edib.