Sumqayıt Regional Vəkil Bürosunun nümayəndə heyəti Türkiyənin Eskişehir Barosunun dəvəti ilə Eskişehirə səfər ediblər.
Səfər çərçivəsində
nümayəndə heyəti bir sıra görüşlər keçirib, Türkiyənin məhkəmə-hüquq sistemi, vəkillik
fəaliyyəti ilə yaxından tanış olublar, vəkilliyə namizədlərin andiçmə mərasimində
iştirak ediblər.
Eyni zamanda Sumqayıt
Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun qardaşlaşmış büro elan edilməsi barədə
protokol imzalanıb.
Görüş çərçivəsində Sumqayıt
Regional Vəkil Bürosu müdiri Anar Qasımlı türk həmkarlarını Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun adından salamlayaraq
Azərbaycan və Türkiyə vəkilləri arasında əməkdaşlığın genişləndirilməsinin, təcrübə
mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, Eskişehir
Barosu başkanı Barış Günaydın bir müddət öncə Azərbaycana səfərini xatırladıb və
Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən səmimi qəbula görə təşəkkürlərini
çatdırıb, imzalanan protokolun simvolik olmayacağına, davamlı qarşılıqlı təmaslara
və peşənin inkişafına yol açacağına ümid etdiyini bildirib.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.




