Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Şəmkirdə vəkillər probasiya qeydiyyatında olan məhkumlara növbəti pulsuz hüquqi yardım göstərib

22 dekabr 2025    692 share share

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə pulsuz hüquqi yardım aksiyaları mütəmadi olaraq davam etdirilir.

Bu istiqamətdə növbəti hüquqi yardım aksiyası dekabrın 20-də Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə Probasiya xidmətində həyata keçirilib.

Aksiya çərçivəsində Şəmkir rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Şəmkir rayon icra və probasiya şöbəsində qeydiyyatda olan 15 nəfər qəbul edilib. Vətəndaşların üzləşdikləri hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə ödənişsiz hüquqi yardım göstərilib.