2025-ci il dekabrın 23-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər
və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti
dayandırılan bir vəkilin fəaliyyətinin bərpa edilməsi, bəzi vəkillərin digər vəkil
qurumlarına keçməsi, eləcə də iki vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə
xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda iclasda
“Tağızadə və partnyorları” Vəkil Bürosunun təsis olunması ilə bağlı müraciətə
baxılıb və müsbət qərar çıxarılıb.
Bundan başqa, vəkilliyə qəbulla
bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 60 vəkilliyə
namizədin Kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.
Diqqətə çatdırılıb ki, sözügedən namizədlərin təntənəli andiçmə mərasiminin
dekabrın 27-də keçirilməsi nəzərdə tutulur.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkil xaric edilib, 1 vəkilə
peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb, 3 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
