Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq konfransda iştirak etmişdir

13 noyabr 2018    1834 share share

Noyabrın 8-9-u tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə Vəkillərin Beynəlxalq Konfransı keçirilmişdir.

Konfransda Gürcüstan, Belarus, Ukrayna, Rusiya, Fransa, Polşa, Avstriya vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, o cümlədən, Avropa Vəkillərinin Asossiasiyası, Avropa Şurası, Avropa İttifaqı və başqa beynəlxalq təşkilatların nümayəndələri, habelə Gürcüstan parlamentinin spikeri iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədr Anar Bağırov və Rəyasət Heyətinin üzvü Fariz Məmmədov tərəfindən təmsil olunmuşdur.

Konfransda vəkillik peşəsinə qəbul, vəkilliyin müstəsna səlahiyyətləri, pulsuz hüquqi xidmətlər sahəsində vəkillər kollegiyalarının rolu, həmçinin “Vəkillik peşəsi haqqında” Avropa Konvensiyasının qəbul edilməsi ilə bağlı çıxışlar dinlənilmiş, fikir mübadilələri aparılmışdır. “Azərbaycanda vəkillik sahəsində islahatlar: hədəflər” mövzusunda təqdimatla çıxış etmiş, vəkilliyin inkişafı və nüfuzunun artırılması, bu istiqamətdə görülmüş işlər və planlaşdırılmış tədbirlər, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının tarixi əhəmiyyəti, Sərəncamda qeyd olunmuş tapşırıq və tövsiyələrin icrası ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Qeyd olunmalıdır ki, konfrans çərçivəsində sədr Anar Bağırovun iştirakçı dövlətlərin vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşləri də keçirilmiş, onlara Azərbaycanda vəkilliyin inkişafı və nüfuzunun artırılması, bu istiqamətdə görülmüş işlər və planlaşdırılmış tədbirlər, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının tarixi əhəmiyyəti, Sərəncamda qeyd olunmuş tapşırıq və tövsiyələrin icrası ilə bağlı ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda tədbir iştirakçılarının şərəfinə ziyafət verilmişdir.