Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Vəkil Günü peşə bayramı ilə
əlaqədar təşkil olunan ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər
nazirinin birinci müavini Rəşad İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar
Bağırov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.










