Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində vəkillik institutunun hüquqi əsaslarını və praktik fəaliyyətini əhatə edən “Vəkillik fəaliyyəti” adlı dərslik nəşr olunub.
Dərslik BP şirkətinin və
onun müvafiq layihələr üzrə tərəfdaşlarının dəstəyi, Azərbaycan Respublikası Vəkillər
Kollegiyası və “İnsan Hüquqları Təşviqi Mərkəzi” İctimai Birliyinin birgə təşəbbüsü
əsasında hazırlanaraq çap edilib.
Yeni dərslik
hüquqşünaslar, vəkil olmaq istəyən namizədlər, hüquq fakültələrinin tələbələri,
eləcə də hüquq-mühafizə orqanları əməkdaşları üçün faydalı vəsaitdir.
“Vəkillik fəaliyyəti” adlı
dərsliyin 25 dekabr 2025-ci ildə çap edilməsi nəzərə alınaraq, 2026-cı ilin əvvəlində
BP şirkəti və Vəkillər Kollegiyası ilə birgə geniş elmi və hüquq ictimaiyyətinin
iştirakıyla rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Dərsliyin ərsəyə gəlməsində maliyyə dəstəyinə görə BP şirkətinə Vəkillər Kollegiyası tərəfindən minnətdarlıq bildirilir.
