Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 8 yanvar 2026-cı il tarixindən başlayıb.
Namizədlərin nəzərinə
çatdırılır ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər
yalnız elektron formada qəbul olunur.
Qaydalara əsasən, elektron
müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə
qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd
qeydiyyatı”na keçid etməlidirlər.
VK ilə Dövlət İmtahan Mərkəzi
arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı
məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.
Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.
Onu da xatırladaq ki, "Vəkillər
və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, vəkil
peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajı üç ildən bir ilədək
azaldılıb.