Son illərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, vəkillik institutu da davamlı inkişaf yolunu tutub. Bu istiqamətdə ardıcıl və əsaslı tədbirlər həyata keçirilib ki, görülən işlərin nəticəsində ölkəmizdə vəkillik institutunun sürətli inkişafı təmin olunub. Vəkil korpusunun güclənməsi, vəkil qurumlarının və üzvlərinin sayının artması, habelə vəkillik peşəsinin nüfuzunun yüksəlməsi bu islahatların mühüm nəticələrindəndir.
2025-ci ildə də Azərbaycan
Respublikası Vəkillər Kollegiyasında (VK) bir sıra beynəlxalq və yerli əhəmiyyətli
tədbirlər, imtahanlar, ixtisasartırma təlimləri keçirilib, hüquqi maarifləndirmə
işləri genişləndirilib, vəkillərin sayı isə daha da artıb. Bununla yanaşı, vəkillik
fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, vətəndaşlara göstərilən hüquqi
yardımın əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılıb.
VK-nın son bir il ərzində
gördüyü işlər və həyata keçirdiyi ardıcıl, sistemli islahatlar barədə hesabatı
təqdim edirik:
VƏKİLLİYƏ
QƏBUL
Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən tətbiq
olunduğunu nəzərə alsaq, qeyd edilməlidir ki, 2004-2018-ci illər ərzində (14 il
ərzində) cəmi 5 yazılı test imtahanı keçirilib. Son 8 il ərzində isə bu rəqəm 16-ya
çatıb. Bu 16 imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari
təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkəmizdə vəkillərin
sayı 3 dəfədən çox artıb.
2025-ci ildə Vəkillərin
İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 34 iclas, vəkilliyə
qəbulla bağlı isə 2 yazılı test imtahanı təşkil olunub. 06.07.2025 və
28.11.2025-ci il tarixlərində keçirilən yazılı test imtahanlarında ümumilikdə 823
namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb. Hesabat ili ərzində
469 nəfər şifahi müsahibədə iştirak edib, 366 nəfər növbəti mərhələyə keçib. İl
ərzində isə 347 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub.
Nəticə etibarilə, 2025-ci
ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb. Hazırda fəaliyyət göstərən
2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır.
Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif
regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf
dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.
Kollegiyada 400-dən
artıq vəkil köməkçiləri fəaliyyət göstərir.
Onu da qeyd edək ki, 2018-2025-ci illər ərzində VK üzvlüyünə qəbul olunan 2
156 şəxs müxtəlif dövlət və özəl qurumlarda fəaliyyət göstərib.
Rəqəmlərlə göstəricilər:
-
Özəl sahə: 1 227 nəfər
Dövlət qurumları:
-
Prokurorluq: 58 nəfər
-
Polis: 105 nəfər
-
Ədliyyə: 80 nəfər
-
Məhkəmə: 370 nəfər
-
Hakimlər: 96 nəfər
-
Digər dövlət qurumları: 220 nəfər
Bildirmək istərdik ki, Kollegiyanın
Rəyasət Heyətinin sədri Anar Bağırovun Ədliyyə Akademiyasında martın 17-də
yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 129 vəkilliyə namizədlə, aprelin
30-da 105 vəkilliyə namizədlə, iyunun 11-də 88 vəkilliyə namizədlə və noyabrın
20-də isə 65 vəkilliyə namizədlə görüşü keçirilib. Görüşlərdə çıxış edən sədr namizədlərə
uğurlar arzulayıb, təlimlər zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına
yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət
yetirildiyini bildirib.
Bundan başqa, hesabat
ilində VK-nın təşəbbüsü ilə vəkilliyə namizədlər üçün vəkil qurumlarının rəhbərləri
və nümayəndələri tərəfindən büroların təqdimatı olub. Məqsəd Ədliyyə
Akademiyasında icbari təlim keçmiş namizədlərin büro seçimini könüllü həyata
keçirməsidir. Təqdimat zamanı vəkil qurumlarının rəhbərləri və nümayəndələri
namizədlərə öz bürolarının fəaliyyəti, keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi
barədə məlumatlar veriblər. Həmçinin onlar hüquqi yardımın təşkilində və peşəkar
etik davranış prinsiplərinə riayət olunmasında vəkilliyin vacib rolunu
vurğulayıblar.
RƏYASƏT HEYƏTİ VƏ VƏKİLLƏRƏ DƏSTƏK
2025-ci il ərzində VK Rəyasət
Heyətinin 21 iclası
keçirilib. İclaslarda vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını və icbari təlimi
uğurla başa vuran namizədlərin andiçmə mərasimləri təşkil olunub. Bununla
yanaşı, Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, bir sıra vəkillərin
dövlət qulluğuna qəbul olunması ilə əlaqədar fəaliyyətlərinə xitam verilməsi,
onların mükafatlandırılması, öz ərizələri əsasında vəkillik fəaliyyətinin
dayandırılması, müəyyən müddətə üzvlük haqqından azad edilməsi, maddi yardım
göstərilməsi, borclarının silinməsi, başqa vəkil qurumlarına keçməsi ilə bağlı
müraciətlərinə dair qərarlar qəbul olunub. Ümumilikdə Rəyasət Heyəti hesabat
ili ərzində 790 qərar
çıxarıb.
Qeyd etmək istərdik ki,
Rəyasət Heyətinə daxil olan müraciətlər və sənədlər vətəndaşlar tərəfindən
birbaşa, habelə dövlət orqanları, nazirliklər, hüquqi şəxslər və digər qurumlar
vasitəsilə göndərilib. 2025-ci ildə Rəyasət Heyətinə ümumilikdə 5 041 müraciət daxil olub, həmin müraciətlər
araşdırılaraq aidiyyəti üzrə cavablandırılıb.
Rəyasət Heyətinin qərarlarına
əsasən, hesabat ili ərzində xəstəlikləri ilə bağlı 4 vəkilə Vəkilliyin İnkişafı
Fondundan maddi yardım göstərilib. Bundan əlavə, 82 vəkil analıq məzuniyyəti, təhsil
və digər əsaslarla üzvlük haqqı ödəməkdən azad olunub.
Eyni zamanda hesabat
ili çərçivəsində VK Rəyasət Heyətində mütəmadi olaraq vətəndaş qəbulu təşkil
edilib, onarın müraciətləri dinlənilib. Belə ki, qaynar xətt, onlayn müraciətlər
və birbaşa qəbul da daxil olmaqla, ümumilikdə 1 578 müraciət üzrə vətəndaş qəbulu
həyata keçirilib. Daxil olan hər bir müraciət aidiyyəti üzrə diqqətlə araşdırılıb,
qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada cavablandırılıb.
Onu da bildirək ki,
yanvarın 17-də, fevralın 10-da, martın 14-də, iyunun 13-də, sentyabrın 5-də,
sentyabrın 26-da və noyabrın 21-də VK sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş
qəbulu keçirilib. Kollegiyanın inzibati binasında təşkil olunan qəbulda Bakı şəhəri
və respublikanın bölgələrindən müraciət edən vətəndaşların keyfiyyətli hüquqi
yardımla bağlı məsələləri dinlənilib, bütün müraciətlər qeydə alınıb.
Hesabat ilində Rəyasət
Heyətinə 1 556 şikayət daxil olub. Bunlardan
162 (11 %) müraciət üzrə intizam icraatı başlanılıb (10 müraciət bir icraatda
birləşdirilməklə), 1 394 (89 %) müraciət üzrə isə intizam icraatı başlanılması
üçün əsas müəyyən edilməyib. İntizam icraatı başlanılan 162 müraciətin 114-ü
(71 %) fiziki və hüquqi şəxslərdən, 46-sı (28 %) dövlət orqanlarından, 2-si (1
%) isə qeyri-dövlət orqanlarından daxil olan müraciətlərdir.
Vəkillərin İntizam
Komissiyasının icraatında 190 intizam işi olub, onlardan 38-i (20 %) 2024-cü
ildən qalıq qalan işlər, 152-si (80 %) isə 2025-ci ildə daxil olan işlərdir.
Vəkillərin İntizam
Komissiyasının 15 iclası keçirilib. 190 intizam işindən 161 iş üzrə (85 %)
müvafiq rəylər qəbul edilib, 25 iş üzrə (18 %) icraata xitamla bağlı VK Rəyasət
Heyəti qarşısında məsələ qaldırılıb, 4 iş (2 %) isə hələ icraatda olmaqla
araşdırması davam etdirilir.
Müvafiq rəy qəbul edilən
161 işdən 117 iş üzrə (73 %) pozuntu müəyyən olunub, 13 iş üzrə (8 %) pozuntu
müəyyən olunmayıb, 31 iş üzrə (19 %) isə hüquqi qiymət verilməsinin mümkün
olmaması nəticəsinə gəlinib.
2024-cü ildə daxil
olmuş və baxılmış 16, 2024-cü ildə daxil olmuş və 2025-ci ildə baxılmış 35,
2025-ci ildə daxil olmuş və baxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam
Komissiyasının qəbul etdiyi müvafiq rəylər (habelə icraata xitamla bağlı
arayışlar) əsasında VK Rəyasət Heyəti tərəfindən ümumilikdə 169 qərar qəbil
edilib. Onlardan: İntizam tənbehi tətbiq edilmədən qanunvericiliyin tələblərinə
riayət etməni diqqətə çatdırma 36 (21 %), xəbərdarlıq etmə 4 (2 %), irad tutma
18 (11 %), töhmət vermə 21 (12 %), cərimə 2 (1 %), vəkillik fəaliyyətini müəyyən
müddətə dayandırma 10 (6 %), Kollegiya üzvlüyündən xaric etmə (vəkil sayına görə)
5 (3 %), pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və sair əsaslarla
intizam icraatına xitam vermə 40 (24 %), habelə qiymət verilməsinin mümkün
olmaması 33-dür (20 %).
2025-ci ildə Vəkillərin
İntizam Komissiyası tərəfindən baxılaraq müvafiq rəy qəbul edilən və VK Rəyasət
Heyəti tərəfindən hələ müvafiq qərar qəbul edilməyən iş sayı isə 21-dir.
2025-ci
il üzrə intizam icraatlarına dair statistik məlumatlar
Rəyasət Heyətinə daxil
olan şikayət və müraciətlər

Vəkillərə
dəstək
Digər tərəfdən VK dövlət
orqanları ilə əməkdaşlıq və danışıqlar çərçivəsində daim çalışır ki, vəkillərin
peşə fəaliyyətinin həyata keçirilməsi zamanı mövcud olan və ya yarana biləcək
bütün problemlər aradan qaldırılsın.
Hər il olduğu kimi,
2025-ci ildə də vəkillər tərəfindən Kollegiyaya müraciətlər daxil olub. Onlar
bir sıra dövlət qurumlarında yaranmış süni maneələr, çətinliklər və müxtəlif məsələlərlə
bağlı narahatlıqlarını, iradlarını bildiriblər. VK isə bu müraciətləri diqqətlə
nəzərdən keçirərək, onların həlli istiqamətində zəruri dəstəyi göstərib və məsələlərin
aradan qaldırılması üçün müvafiq addımlar atıb.
Qeyd etmək lazımdır ki,
bu fəaliyyət vəkillərin hüquqlarının müdafiəsi, peşə fəaliyyətlərinin səmərəli
həyata keçirilməsi və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin
yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bundan başqa, ötən 8
ildə ölkəmizdə Vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 144-ə çatıb. 2025-ci ildə Bakıda bir
neçə Vəkil büroları təsis edilərək fəaliyyətə başlayıb, habelə Gəncə şəhərində
Gəncə Regional Vəkil Bürosunun açılışı olub. Vətəndaşlara keyfiyyətli hüquqi
yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara cavab
verilməsi məqsədilə həmin bürolar müasir maddi-texniki baza ilə tam şəkildə təchiz
olunub.
Qeyd etmək istərdik ki,
hazırda Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında
yerləşən Kollegiyanın inzibati binasının (“Vəkil evi”) tikinti və təmiri işləri
uğurla davam etdirilir. Tikinti və təmiri işlərinin 2026-cı ilin əvvəllərində
yekunlaşdırılması və binanın açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda Lənkəran şəhərində
torpaq sahəsində müvafiq inzibati binanın tikintisinin başlanılması məqsədilə
hazırlıq işləri aparılır. Sözügedən layihələrin həyata keçirilməsi vəkillərin
peşə fəaliyyətinin daha müasir və səmərəli mühitdə təşkil olunmasına, vətəndaşlara
göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bildirmək istərdik ki,
2025-ci il ərzində Rəyasət Heyətinin qərarı ilə ümumilikdə 298 vəkil təltif
edilib. Onlardan 107 nəfərə Fəxri Fərman, 165 nəfərə Təşəkkür, 4 nəfərə Fəxri
Hüquq Doktoru diplomu, 3 nəfərə Fəxri vəkil diplomu və 19 nəfərə isə qiymətli hədiyyələr
təqdim olunub. Bu təltiflər vəkillərin peşə fəaliyyətində göstərdikləri xidmətlərin,
peşəkarlıq səviyyələrinin və hüquqi yardım sahəsindəki töhfələrinin yüksək qiymətləndirilməsini
əks etdirir.
Eyni zamanda iyulun 2-də
VK Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş söz ilə açan VK sədri
Anar Bağırov Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara
qarşı baş vermiş zorakılıq hallarını və qanunsuz saxlamaları qəti şəkildə pisləyib,
bu cür hadisələrin yolverilməz olduğunu ifadə edib.
Bundan başqa, VK Rəyasət
Heyətinin 02.07.2025-ci il tarixli qərarı ilə Vəkillər Kollegiyası
Akademiyasının adı dəyişdirilərək Vəkillər Kollegiyasının Tədris Mərkəzi
adlandırılıb.
Noyabrın 5-də isə Kollegiyanın
sədri Anar Bağırov Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirib. Sədr
vəkilləri qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü
və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən
danışıb.
Həmçinin dekabrın 25-də
“Konstitusiya və Suverenlik İli” çərçivəsində vəkillik institutunun hüquqi əsaslarını
və praktik fəaliyyətini əhatə edən “Vəkillik fəaliyyəti” adlı dərslik nəşr
olunub. Dərslik BP şirkətinin və onun müvafiq layihələr üzrə tərəfdaşlarının dəstəyi,
Kollegiya və “İnsan Hüquqları Təşviqi Mərkəzi” İctimai Birliyinin birgə təşəbbüsü
əsasında hazırlanaraq çap edilib.
Dekabrın 27-də isə “Hilton”
mehmanxanasında 28 dekabr - Vəkil Günü peşə bayramı münasibətilə VK üzvlüyünə
yeni qəbul olunan vəkillərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən
vəkillərin təltif olunması mərasimi keçirilib. Tədbirdən əvvəl Kollegiya rəhbərliyi,
onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider
Heydər Əliyevin məzarı önünə gül qoyulub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi
dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Açılış nitqi ilə Kollegiyanın
üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası
İkram Kərimov, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan
Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan
Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin
Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov və
VK sədri Anar Bağırov çıxış edərək peşə bayramı münasibəti ilə bütün vəkilləri
təbik ediblər.
Mərasimdə elan edilib
ki, Rəyasət Heyətinin qərarına əsasən VK ilə səmərəli əməkdaşlığa görə Ali Məhkəmə
2025-ci ilin “Vəkilliyin dostu” mükafatı ilə, Kamran Əliyev isə Kollegiyanın “Fəxri
vəkili” adı ilə təltif olunub. Eyni zamanda Kamran Əliyevə rəmzi vəkil
mantiyası təqdim edilib.
Tədbir çərçivəsində vəkilliyə
qəbul üzrə ixtisas imtahanlarını uğurla keçən, icbari təlim mərhələsini tamamlayan
və şifahi müsahibədən müsbət nəticə əldə edən 60 namizədin təntənəli andiçmə mərasimi
keçirilib. Namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içərək
vəkil peşəsini şərəflə, vicdanla və məsuliyyətlə icra edəcəklərinə dair öhdəlik
götürüblər.
Həmçinin mərasimdə
2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları
mükafatlandırılıb. Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə
"Pro Bono" Vəkil Bürosu “İlin vəkil qurumu”, il ərzində sosial
aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansı “İlin vəkil
komitəsi”, VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi
“İlin vəkil komitəsi”, il ərzində ən çox bəraət əldə edən Lənkəran şəhər Vəkil
Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun
vəkili İsayev Elşad Nəsrəddin oğlu “İlin vəkili” və il ərzində keçirilən təlimlərdə
fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiq
oğlu isə “İlin təlimçi vəkili” elan olunub. Sonda fəaliyyətində fərqlənmiş və
yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif edilib.
Bundan başqa, dekabrın
29-da VK rəhbərliyinin iştirakı ilə Bakı şəhəri 1 saylı Vəkil Bürosunun yeni
inzibati binasının açılış mərasimi keçirilib. Kollegiyanın sədri Anar Bağırov
açılış mərasimində çıxış edərək iştirakçıları salamlayıb, yeni büronun fəaliyyətə
başlaması münasibətilə təbriklərini çatdırıb və kollektivə uğurlar
arzulayıb.
YERLİ
ƏMƏKDAŞLIQ
Məlum olduğu kimi, son
illərdə VK ilə Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində
ixtisasartırma təlimləri təşkil olunur və bu təlimlər hazırda da davam
etdirilir.
Hesabat ilində təşkil
olunan təlimlər vəkillərin peşə bacarıqlarının artırılmasına, hüquqi biliklərin
yenilənməsinə və hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə
verib. Təlimlərdə iştirak edən vəkillər müasir hüquqi problemlərin həlli,
qanunvericilikdəki yeniliklər, məhkəmə praktikası və vəkillik fəaliyyəti ilə
bağlı digər aktual məsələlər barədə ətraflı məlumat əldə ediblər.
Bildirmək istərdik ki,
2025-ci ildə Kollegiya dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində
50-dən çox normativ
hüquqi akt layihəsinə rəy və təkliflər verib.
Bundan əlavə,
Konstitusiya Məhkəməsi ilə əldə olunmuş razılığa əsasən hesabat ili ərzində VK
tərəfindən 26 iş üzrə mütəxəssis mülahizəsi təqdim edilib. Bu fəaliyyətlər
hüquqi aktların hazırlanmasında və vəkillik fəaliyyətinin səmərəli təşkili
istiqamətində Kollegiyanın aktiv iştirakını və töhfəsini əks etdirir.
Onu da qeyd edək ki,
hesabat ili çərçivəsində Baş nazir Əli Əsədovun qərarı ilə dövlət hesabına
hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləği artırılıb. Dəyişikliyə əsasən
hüquqi yardımın göstərilməsinə görə vəkillərə ödənilən haqq hər iş saatı üçün 6
manatdan 11 manata artırılıb.
Yanvarın 16-da VK sədri
Anar Bağırov Kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşüb. Görüş çərçivəsində
hər iki rəhbər şəxs çıxış edib, habelə əməkdaşlıq haqqında memorandum
imzalanıb.
Fevralın 19-da isə Kollegiyanın
inzibati binasında VK sədrinin iştirakı ilə cinayət-prosessual qanunvericiliklə
bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib. Görüşdə çıxış edən
Kollegiyanın sədri Anar Bağırov İşçi Qrupunun üzvlərini salamlayıb, cinayət-prosessual
qanunvericilikdə mövcud olan boşluqlar, bu boşluqların hüquq sisteminə və vəkillik
fəaliyyətinə təsirlərindən danışıb.
Bundan əlavə, fevralın
27-də VK-nın Hüquqi Yardım Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin Probasiya
xidmətinin birgə təşkilatçılığı ilə növbəti hüquqi yardım aksiyası təşkil
edilib. Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə
Nazirliyinin Gəncə Şəhər Probasiya Şöbəsində qeydiyyatında olan 30-a yaxın şəxs
qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq
tədbirlər görülüb.
Eyni zamanda VK ilə Ədliyyə
Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə tədbirlər planına
uyğun olaraq Bakı şəhəri 2, 3 və 9 sayı Vəkil bürolarının vəkilləri tərəfindən
2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində 103 məhkuma pulsuz hüquqi yardım
göstərilib. Görüşlər zamanı onlara qanunvericiliyin müddəaları izah olunub,
hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
12.03.2025-ci il
tarixində isə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsində “Ailə, qadın və uşaq hüquqları -
konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə
keçirilib və VK sədri Anar Bağırov çıxış edib.
Aprelin 9-da isə Ədliyyə
Nazirliyinin Ədliyyə Akademiyası ilə VK arasında pulsuz hüquqi yardım sahəsində
əməkdaşlıq memorandumu imzalanıb. Akademiyanın rektoru Şahin Əliyev və Kollegiyanın
Rəyasət Heyətinin sədri Anar Bağırovun imzaladığı memorandumda məlumat, təcrübə
mübadiləsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər nəzərdə
tutulub.
Bundan əlavə, aprelin 11-də Hüquq və İnsan Haqları
İnstitutu hüquq sahəsində məqalə dərc edən jurnallara dair hazırladığı ikinci
Monitorinq Hesabatını təqdim edib. Tədbirdə Kollegiyanın sədri Anar Bağırov
çıxış edərək VK tərəfindən təsis edilmiş “Azərbaycan Vəkili” elmi-praktik hüquq
jurnalının hüquq ictimaiyyəti üçün əhəmiyyətindən danışıb. Sorğu nəticəsində ən
çox oxunan jurnallar sırasında “Azərbaycan vəkili” (57,2%), jurnalının birinci
olduğu elan edilib.
Onu da bildirək ki,
hesabat ilində baş redaktoru hüquq üzrə fəlsəfə doktoru, VK sədri Anar Bağırov
olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayları beynəlxalq
standartlara uyğun olaraq və müasir yanaşmalar əsasında nəşr edilib. Qeyd etmək
lazımdır ki, jurnal il ərzində 2 dəfə çap olunaraq oxucuların istifadəsinə təqdim
edilib. Eyni zamanda jurnalın 2025-ci ildə çapdan çıxan 2-ci sayı “Konstitusiya
və Suverenlik İli”nə həsr edilən xüsusi buraxılışıdır.
Həmçinin aprelin 18-də
“Badamdar Estates” mehmanxanasında VK Rəyasət Heyətinin geniştərkibli iclası və
vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə 102 namizəd
vəkil andı içərək Kollegiyaya qəbul olunublar.
Bundan başqa, VK ilə Penitensiar
Xidmət arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq aprelin 18-də
“Arbitrium” Vəkil Bürosunun vəkilləri Xidmətin 3 saylı istintaq təcridxanasında
və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən isə Bakı istintaq təcridxanasında
saxlanılan ümumilikdə 45 nəfərə qanunvericiliyin müddəaları izah olunub, hüquq
və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Aprelin 29-da isə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
“Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni
reallıqlar, strateji hədəflər” mövzusunda respublika elmi-praktik konfransı
keçirilib. Tədbirdə VK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru
Şahmar Məmmədov çıxış edib.
Həmçinin Ədliyyə
Nazirliyinin Probasiya xidməti və VK-nın birgə təşkilatçılığı ilə aprel ayı ərzində
Bakı şəhər Probasiya idarəsinin və Sumqayıt şəhər probasiya şöbəsinin
qeydiyyatında olan məhkumlar üçün növbəti hüquqi yardım aksiyaları həyata
keçirilib. Yerli icra məmurlarının (probasiya üzrə) iştirakı ilə paytaxtda Bakı
şəhəri 25 saylı Vəkil Bürosunun və Sumqayıt şəhərində isə Sumqayıt Regional Vəkil
Bürosu ilə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillər tərəfindən probasiya
qeydiyyatında olan ümumilikdə 50-yə yaxın şəxs qəbul edilib, onların
qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.
“Konstitusiya və
Suverenlik İli” çərçivəsində, habelə VK ilə Ədliyyə Nazirliyinin Penitensiar
Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq 30.04.2025-ci
il tarixində Qadın Vəkillər Alyansının üzvləri 4 saylı cəzaçəkmə müəssisəsi ilə
birgə Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində və
“Verdiktum” Vəkil Bürosunun vəkilləri isə İxtisaslaşdırılmış müalicə müəssisəsində
53-ə yaxın məhkuma pulsuz hüquqi yardım göstəriblər.
Bundan əlavə, "Konstitusiya
və Suverenlik İli" çərçivəsində mayın 3-də VK və Oğuz Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə Oğuz rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
Aksiya çərçivəsində “Arbitrium” Vəkil Bürosunun təcrübəli vəkilləri tərəfindən
rayon sakinləri hüquqi məsləhətlərlə təmin olunub.
Mayın 8-də isə VK-nın təşkilatçılığı
ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati
binasının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri (keçmiş) Otari
Qvaladze, Kollegiyanın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri,
vəkillər və media nümayəndələri iştirak ediblər.
Bundan başqa, “Konstitusiya
və Suverenlik İli” çərçivəsində mayın 8-də Kollegiyanın təşkilatçılığı ilə Gəncə
Regional Vəkil Bürosunun yeni inzibati binasında “Müasir Konstitusiyamızın
banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə
Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları
ilə iş şöbəsində sektor müdiri (keçmiş) Otari Qvaladze, VK sədri Anar Bağırov,
məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kollegiyanın Rəyasət
Heyətinin üzvləri, vəkillər və digər rəsmi qonaqlar iştirak ediblər. Mərasim çərçivəsində
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər
göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin Gəncə şəhərində yerləşən
ev-muzeyi ziyarət edilib.
Həmçinin sözügedən konfrans
çərçivəsində Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq
mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri (keçmiş) Otari Qvaladze, VK sədri
Anar Bağırov, Kollegiyanın Aparat rəhbərini müavini Səttar Məmmədov, Türkiyənin
İzmir Barosunun vəkilləri Forough Amirabedinlə Afhan Topel Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə “ASAN xidmət” mərkəzinin
fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Respublikası
Prezidentinin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə əlaqədar
həyata keçirilən tədbirlər çərçivəsində mayın 13-də Kollegiyanın və Zərdab
Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdabda vətəndaşlara pulsuz
hüquqi yardım göstərilib. Heydər Əliyev Mərkəzində keçirilən aksiya zamanı
“Mirzəyev və Partnyorları” Vəkil Bürosunun təcrübəli vəkilləri tərəfindən
sakinlərin hüquqi müraciətləri dinlənilib.
"Konstitusiya və
Suverenlik İli" çərçivəsində, həmçinin VK ilə Ədliyyə Nazirliyinin
Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq,
mayın 15-də “Presedent” Vəkil Bürosunun vəkilləri 1 saylı cəzaçəkmə müəssisəsində,
Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkilləri isə 6 saylı cəzaçəkmə müəssisəsində
cəzaçəkən ümumilikdə 50-yə yaxın şəxslərlə görüşlər keçirib, onlara fərdi
qaydada pulsuz hüquqi yardım göstəriblər.
Eyni zamanda mayın
16-da VK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov
"Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən
keçirilən Milli Biznesin İnkişafı Forumunda iştirak edib. Tədbirdə çıxış edən
Şahmar Məmmədov iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından
salamlayıb, Forumun xüsusi sessiyasının işinə uğurlar arzulayıb.
Mayın 29-da isə Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
və VK-nın birgə təşkilatçılığı ilə Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı
qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində
“Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində
“Yurdumuza Qayıdış” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib. Kollegiyanın
sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin
açılışında çıxış edib.
“Konstitusiya və
Suverenlik İli”, “İnsan Hüquqları Aylığı” və Milli Qurtuluş Günü çərçivəsində iyunun
14-də Kollegiyanın və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
Şamaxı rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib. Aksiyada “Pro Bono” Vəkil Bürosunun təcrübəli vəkilləri
və sözügedən rayonda fərdi qaydada fəaliyyət göstərən Tural Baloğlanov tərəfindən
20 sakinin hüquqi müraciətləri dinlənilib, fərdi qaydada qəbul təşkil olunub.
Bundan başqa, iyunun
18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə
idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə VK sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov iştirak
edib.
“Konstitusiya və
Suverenlik İli”, eləcə də Milli Qurtuluş Günü münasibətləri ilə iyunun 19-da Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan Reabilitasiya Pansionatında Vətən
müharibəsi qaziləri və ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərlə görüş
keçirilib, onlar üçün pulsuz hüquqi yardım aksiyası təşkil edilib. Aksiya
zamanı Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar
hüquqşünası İkram Kərimov çıxış edib.
Eyni zamanda Ədliyyə
Nazirliyinin Penitensiar xidməti ilə VK arasında imzalanmış birgə Tədbirlər
Planına uyğun olaraq "Konstitusiya və Suverenlik İli" çərçivəsində
iyunun 20-də Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində və Müalicə
Müəssisəsində saxlanılan şəxslərə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri
tərəfindən hüquqi yardım göstərilib.
Hesabat ili çərçivəsində
Şəmkir rayonunda Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən
deputat Sahibə Qafarovanın təşəbbüsü, VK-nın dəstəyi ilə vətəndaşlara növbəti
pulsuz hüquqi yardım aksiyası keçirilib. Mərasimdə Kollegiyanın sədri Anar
Bağırov çıxış edib.
VK və Ədliyyə
Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə iyunun 24-də
Kollegiyanın Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti belə
hüquqi yardım aksiyası təşkil edilib. Lənkəran rayon Vəkil Bürosunun vəkilləri
tərəfindən Ədliyyə Nazirliyinin Lənkəran rayon icra və probasiya şöbəsində
qeydiyyatında olan 32 şəxs qəbul edilib.
"Konstitusiya və
Suverenlik İli" çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı
olaraq Milli Məclisin deputatı Kəmaləddin Qafarovun təşəbbüsü, Kollegiyanın dəstəyi
ilə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Yeni Azərbaycan
Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün
növbəti pulsuz hüquqi yardım aksiyası təşkil edilib. Görüşdə 40-dan çox vətəndaşın
müraciətinə baxılaraq onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib.
İyunun 25-də isə “Badamdar”
mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində VK Rəyasət Heyətinin
geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi
keçirilib. Tədbirdə Kollegiyanın sədri Anar Bağırov, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli və Milli Məclisin deputatı, İnsan
hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri
Zahid Oruc çıxış edib.
Mərasimdə
92 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub.
"Konstitusiya və
Suverenlik İli" çərçivəsində VK və Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin
psixoloq, sosial işçiləri və vəkillərin iştirakı ilə iyunun 25-də “Açıq qapı”
günü keçirilib.
Bundan başqa,
"Konstitusiya və Suverenlik İli", eləcə də Azərbaycan Respublikasının
Silahlı Qüvvələri Günü münasibətləri ilə iyunun 26-da Kollegiya tərəfindən
pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil
qurumlarında “Açıq qapı" günü təşkil edilib.
Eyni zamanda "Konstitusiya
və Suverenlik İli" çərçivəsində Zaqatala rayonunda Milli Məclisin sədri
Sahibə Qafarovanın təşəbbüsü, VK-nın dəstəyi ilə vətəndaşlara ödənişsiz hüquqi
yardım aksiyası keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə
Zaqatala rayon Vəkil Bürosunun peşəkar vəkillər tərəfindən müxtəlif hüquq sahələri
üzrə vətəndaşlara məsləhətlər verilib, onların müraciətləri dinlənilib və
aidiyyəti üzrə yönləndirilib.
Bundan əlavə, Gəncə şəhərində
keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində pulsuz
hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub.
“Konstitusiya və
Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Kollegiyanın birgə təşəbbüsü ilə Gəncə
şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış
kompleksində pulsuz hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub. “Yurdumuza
Qayıdırıq” devizi altında keçirilən görüşdə əmlak hüquqları, sosial müdafiə,
güzəştlər və kompensasiya mexanizmləri kimi məsələlər üzrə 100-ə yaxın vətəndaşın
sualları cavablandırılıb.
Həmçinin "Konstitusiya
və Suverenlik İli" çərçivəsində Milli Məclis ilə VK arasında birgə əməkdaşlıq
zamanı aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Nərimanov
rayon sakinləri ilə görüş keçirilib. Görüşdə 20 saylı Nərimanov ikinci seçki
dairəsinin deputatı Samir Vəliyev, Milli Məclisin İnsan Hüquqları üzrə
Qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov, “Presedent” Vəkil Bürosunun vəkilləri
və 25 sakin iştirak edib.
Bundan başqa, Xaçmaz
Rayon İcra Hakimiyyətinin inzibati binasında deputat Ağalar Vəliyevin təşəbbüsü
və VK-nın dəstəyilə, Xaçmaz şəhər Vəkil Bürosunun vəkillərinin iştirakı ilə
aksiya keçirilib. Aksiyada 41 vətəndaşa peşəkar vəkillər tərəfindən müxtəlif
hüquq sahələri üzrə məsləhətlər verilib.
İyulun 8-də isə Ədliyyə
Akademiyasında hakimliyə namizədlər üçün təşkil edilən icbari tədris çərçivəsində
VK sədri, Məhkəmə-Hüquq Şurasının üzvi Anar Bağırov tərəfindən “Ədalət
mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris
olunub. Sonda sədr hakimlərin və hakimliyə namizədlərin tədrisində göstərdiyi səmərəli
fəaliyyətə görə Ədliyyə Akademiyası tərəfindən Fəxri Fərmanla təltif edilib.
Eyni zamanda "Konstitusiya
və Suverenlik İli" çərçivəsində Milli Məclis ilə VK arasında əməkdaşlıq zamanı
iyulun 9-da paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində deputat Eldar
Quliyevin, Bakı şəhəri, Xətai rayonu 265 nömrəli tam orta məktəbdə deputat Qüdrət
Həsənquliyevin, Sabirabad rayonu Heydər Əliyev Mərkəzində deputat Əhliman
Əmiraslanovun, habelə Zəngilan Rayon İcra Hakimiyyətinin binasında (Masazır,
keçmiş məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivi) deputat İmamverdi
İsmayılovun təşəbbüsü və VK-nın dəstəyiylə aztəminatlı şəxslərə pulsuz hüquqi
yardım göstərilib.
Həmçinin bu çərçivədə
iyulun 10-da və 11-də deputatlar - Heydər Əsədov (Şirvan), Məzahir Əfəndiyev
(Göyçay), Fatma Yıldırım (Bərdə), Anar Məmmədov (Tərtər) və Azər Badamovun
(Qusar) təşəbbüsü ilə vətəndaşlarla görüşlər keçirilib. Aksiyalar Yeni Azərbaycan
Partiyasının yerli təşkilatlarının inzibati binalarında və Heydər Əliyev Mərkəzlərində
təşkil olunub.
İyulun 14-də isə Ədliyyə
Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil edilən
icbari tədris çərçivəsində Kollegiyanın sədri, hüquq üzrə fəlsəfə doktoru Anar
Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik
institutunun rolu” mövzusu tədris olunub. Tədris zamanı VK sədri ədliyyə
sisteminə yeni qoşulan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Bundan əlavə, iyulun
16-da Azərbaycan Respublikası Konstitusiyasının 30 illik yubileyinə həsr olunan
“Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın
aliliyinin təmin edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq
konfrans və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının birinci
konqresi keçirilib. Tədbirdə VK sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
"Konstitusiya və
Suverenlik İli" çərçivəsində Milli Məclis ilə VK arasında əməkdaşlıq zamanı
iyulun 16-da paytaxtın Yasamal rayonu, Heydər Əliyev Mərkəzində deputat Ülvi
Quliyevin təşəbbüsü və “Pro Bono” Vəkil Bürosunun vəkillərinin iştirakı ilə
keçirilən aksiyada 15-ə yaxın vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər
verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.
İyulun 18-də isə
“Badamdar” mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində VK Rəyasət
Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi
keçirilib. Kollegiya sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib, daha 77
yeni namizəd and içərək VK-ya üzv qəbul olunub.
Eyni zamanda VK ilə Ədliyyə
Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə Tədbirlər Planına
uyğun olaraq avqustun 5-də Gəncə və Şəki Regional Vəkil Bürolarının vəkilləri tərəfindən
2 saylı istintaq təcridxanasında və Şəki penitensiar müəssisəsində məhkum və həbs
edilmiş ümumilikdə 40-a yaxın şəxs üçün hüquqi yardım göstərilib.
Bundan başqa, sözügedən
Tədbirlər Planına uyğun olaraq "Konstitusiya və Suverenlik İli" çərçivəsində
avqustun 27-də Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Penitensiar xidmətin
7 saylı cəzaçəkmə müəssisəsində və “Alyans” Vəkil Bürosunun vəkilləri isə 16
saylı cəzaçəkmə müəssisələrində saxlanılan ümumilikdə 70-ə yaxın azadlıqdan məhrum
edilmiş şəxsə müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib,
onları maraqlandıran suallar cavablandırılıb.
VK və Ədliyyə
Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə sentyabrın 26-da
Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin
Bakı şəhər Probasiya idarəsinin qeydiyyatında olan 25 şəxs qəbul edilib,
onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər
görülüb.
Həmçinin sentyabrın
26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə
“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Polisin inzibati fəaliyyətində
hüquqi bilik və bacarıqların rolu” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda VK Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir
Əliyev iştirak edərək nitq söyləyib.
VK ilə Ədliyyə
Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə Tədbirlər Planına
uyğun olaraq "Konstitusiya və Suverenlik İli" çərçivəsində Salyan
rayon Vəkil Bürosunun vəkilləri 5 saylı cəzaçəkmə müəssisəsində və Lənkəran
rayon Vəkil Bürosunun vəkilləri isə Lənkəran penitensiar müəssisəsində cəza çəkən
ümumilikdə 75-ə yaxın məhkuma pulsuz hüquqi yardım göstəriblər.
Bundan əlavə, oktyabrın
12-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş
Assambleyası öz işinə başlayıb. Dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə,
hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri,
eləcə də tanınmış hüquqşünas-ekspertlərin qatıldığı Assambleyanın açılış mərasimində
VK sədri Anar Bağırov da iştirak edib.
VK və Ədliyyə
Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Gəncə
Regional Vəkil Bürosunun vəkilləri tərəfindən sözügedən nazirliyin Gəncə Şəhər
Probasiya Şöbəsində qeydiyyatında olan 10-dan şəxs çox qəbul edilib, onların
qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.
Ədliyyə Nazirliyinin
Penitensiar xidməti ilə VK arasında imzalanmış birgə Tədbirlər Planına uyğun
olaraq "Konstitusiya və Suverenlik İli", habelə "Uşaq Hüquqları
Aylığı" çərçivəsində oktyabrın 24-də “Alibi” Vəkil Bürosunun vəkilləri 10
saylı cəzaçəkmə müəssisəsində və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri
isə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən ümumilikdə 40-a yaxın məhkuma
pulsuz hüquqi yardım göstəriblər.
Oktyabrın 25-də isə paytaxtın
Xətai rayonu, Humanitar fənlər təmayüllü məktəb-liseydə deputat Zahid Orucun təşəbbüsü
və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardım aksiyası təşkil edilib.
Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 20-dən
çox şəxsə müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri
dinlənilib və aidiyyəti üzrə yönləndirilib.
Eyni zamanda oktyabrın
27-28-də Qax rayonu Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Əli Məsimlinin,
Ağdaş rayonu Heydər Əliyev Mərkəzində deputat Sahib Alıyevin, Şabran rayonu
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında isə deputat
Mahir Süleymanlının təşəbbüsü və VK-nın dəstəyi ilə növbəti hüquqi maarifləndirmə
aksiyaları keçirilib. Aksiyalarda
Zaqatala rayon Vəkil Bürosunun, Ağdaş rayon Vəkil Bürosunun və Şabran rayonunda
fərdi qaydada fəaliyyət göstərən vəkillərin iştirakı ilə 40-a yaxın vətəndaşa
pulsuz hüquqi yardım göstərilib.
"Konstitusiya və
Suverenlik İli", eləcə də 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü
münasibətilə Milli Məclis və VK-nın birgə əməkdaşlığı çərçivəsində oktyabrın
30-da Ağsu rayon şahmat məktəbində Milli Məclisin deputatı Elçin Mirzəbəylinin,
noyabrın 1-də isə Bakı şəhəri, Xətai rayonu, 86 saylı orta məktəbdə deputat
Mixail Zabelinin təşəbbüsü və Kollegiyanın dəstəyi ilə növbəti hüquqi maarifləndirmə
aksiyaları təşkil olunub.
Bundan başqa, oktyabrın
31-də DİN-in Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərə
aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Kollegiyanın
sədri Anar Bağırov çıxış edərək iştirakçıları salamlayıb, konfransın işinə uğurlar
arzulayıb.
Noyabrın 3-də isə Bakı
Dövlət Universitetinin Hüquq fakültəsində Kollegiyanın üzvü, Ağsaqqallar
Şurasının sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimovun tələbələrlə
görüşü keçirilib. Ağsaqqallar Şurasının sədri kriminalist və müstəntiq kimi fəaliyyət
göstərdiyi illərdə istintaq apardığı ağır cinayətlər, eləcə də hüquqi təcrübəsi
dövründə əldə etdiyi bilik və bacarıqlardan danışıb.
Həmçinin noyabrın 6-da Qarabağ
Dirçəliş Fondunun təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümü münasibətilə
“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusuna həsr olunan tədbir
keçirilib. Mərasimdə Kollegiyanın sədr
müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edib.
"Konstitusiya və
Suverenlik İli" çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü
münasibətilə Milli Məclis və VK-nın birgə təşəbbüsü ilə 6-7 noyabr tarixlərində
Quba, Zərdab və Lənkəran rayonlarında vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi
təşkil olunub. Aksiyalarda Quba, Ağcabədi və Lənkəran rayon Vəkil bürolarının vəkilləri
tərəfindən ümumilikdə 40-dan çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə pulsuz
hüquqi yardım göstərilib.
Noyabrın 17-də Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Vəkillər Kollegiyasının nümayəndələri
ilə görüş keçirilib. Görüşdə hər iki qurum arasında birgə əməkdaşlığa dair memorandum
imzalanıb.
Eyni zamanda noyabrın
20-də Kollegiyada Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin
üzvləri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan VK sədri Anar
Bağırov qonaqları salamlayaraq Kollegiyanın tarixi, son illərdə görülən işlər,
həyata keçirilən islahatlar və inkişaf istiqamətləri barədə məlumat verib.
Bundan əlavə, noyabrın
26-da Ali Məhkəmədə "Femida Dialoq Platforması" çərçivəsində VK ilə
növbəti görüş baş tutub. Vəkillərlə yanaşı, Ali Məhkəmənin hakimləri və Məhkəmə-Hüquq
Şurasının üzvlərinin də iştirak etdiyi tədbirdə Kollegiya sədri Anar Bağırov
çıxış edib.
Dekabrın 1-də isə Bakı
Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan
Respublikasının kontitusiyası – Dövlətçiliyimizin tarixi, hüquqi və
siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika elmi konfransının açılış mərasimi
keçirilib. Tədbirdə Kollegiyanın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru
Şahmar Məmmədov açılış nitqi söyləyib.
Həmçinin dekabrın 4-də
“Regional İnkişaf” İctimai Birliyi, “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan
VK-nın birgə təşkilatçılığı və Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
Nizami Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata
keçirilib. Aksiya çərçivəsində Kollegiyanın Hüquqi Yardım Mərkəzinin nümayəndəsi
və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar
hüquqi xidmətlər göstərilib.
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilib.
Forumda Anar Bağırov çıxış edib.
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı
ilə Bakıda 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “İnsan
hüquqları: həyatımızın əsas dəyərləri” mövzusunda xüsusi tədbir keçirilib. Mərasimdə
Kollegiyanın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov
çıxış edib.
10 dekabr - Beynəlxalq
İnsan Hüquqları Günü münasibətilə Kollegiyanın təşəbbüsü ilə pulsuz hüquqi
yardımla bağlı respublika üzrə fəaliyyət göstərən vəkil qurumlarında ənənəvi
“Açıq qapı” günü təşkil edilib. Bu çərçivədə “Pro Bono”, “Presedent”, “Union” Vəkil
büroları, Bakı şəhəri 5, 7 və 38 saylı Vəkil büroları, eləcə də Abşeron rayon,
Gəncə Regional, Şəki Regional və Şirvan Regional Vəkil bürolarının vəkilləri
ümumilikdə 60-dan çox aztəminatlı şəxslə ödənişsiz hüquqi yardım göstəriblər.
Bundan başqa, dekabrın
18-də “Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına
qoşulan VK tərəfindən, Nərimanov Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nərimanov
Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirilib. Aksiya
çərçivəsində Kollegiyanın əməkdaşları tərəfindən vətəndaşlara səyyar hüquqi
xidmətlər göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin tərtibində
praktiki dəstək təqdim olunub, müraciətlərin hüquqi qiymətləndirilməsi aparılıb
və ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər kimi
mövzular üzrə məlumat verilib.
Eyni zamanda, dekabrın
19-da Polis Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 77-ci ildönümünə həsr olunmuş
“Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda
respublika elmi-praktik konfrans keçirilib. Tədbirdə Kollegiyanın sədr
müavini Pərviz Ələkbərov çıxış edib.
Dekabrın 20-də isə Şəmkirdə
“Konstitusiya və Suverenlik İli” çərçivəsində VK və Probasiya xidməti tərəfindən
probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə
pulsuz hüquqi yardım aksiya keçirilib. Şəmkir rayon Vəkil Bürosunun vəkilləri tərəfindən
Ədliyyə Nazirliyinin Şəmkir rayon icra və probasiya şöbəsində qeydiyyatda olan
15 nəfər qəbul edilib.
Ədliyyə Nazirliyinin
Penitensiar xidməti ilə VK arasında imzalanmış birgə Tədbirlər Planına uyğun
olaraq növbəti dəfə 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən
ümumilikdə 180 nəfərə yaxın məhkumun müraciəti vəkillər tərəfindən dinlənilib,
onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları
cavablandırılıb.
Bundan əlavə, dekabrın
25-də Azərbaycan Dillər Universitetində “Dünya və Azərbaycan ədəbiyyatlarında
qadın taleyi” mövzusunda esse müsabiqəsinin nəticələrinin elan olunmasına həsr
edilmiş tədbir keçirilib. Mərasimdə Qadın Vəkillər Alyansının sədri Dilarə
Əfrasiyabova çıxış edib.
Həmçinin dekabrın 24-də
Ədliyyə Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil
edilən icbari tədris çərçivəsində VK sədri Anar Bağırov tərəfindən “Ədalət
mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris
olunub. Tədris zamanı sədr “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna
edilmiş mütərəqqi və sistemli dəyişikliklərə toxunaraq, həmin yeniliklərin vəkillik
institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, eləcə də peşə
fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət
etdiyini vurğulayıb.
Hesabat ili çərçivəsində VK Rəyasət Heyətinin üzvü
İlhamə Həsənova Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclaslarında
iştirak edib.
VƏKİLLİKDƏ İNNOVASİYALARIN TƏTBİQİ
- ELEKTRON XİDMƏTLƏR
Məlum olduğu kimi, vəkillikdə
innovasiyaların tətbiqi hər zaman xüsusi diqqət və həssaslıq tələb edən məsələlərdən
biridir. Vətəndaşların hüquqi yardıma əlçatanlığını təmin etmək məqsədilə
VK-nın veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri
yaradılıb və “Elektron vəkil orderi” sistemi təsis edilib. Reyestrdəki məlumatların
dəqiqliyi və aktuallığı daim təmin olunur, bununla da vətəndaşlar müasir
texnologiyalar vasitəsilə hüquqi yardıma çevik şəkildə çıxış əldə edə bilirlər.
Həmçinin bu sistemlər vəkillik fəaliyyətində şəffaflığın artırılmasına, hüquqi
xidmətlərin əlçatanlığının genişləndirilməsinə və iş yükünün effektiv idarə
olunmasına mühüm töhfə verir.
Qeyd etmək istərdik ki,
2025-ci ildə ümumilikdə 56 469 elektron order rəsmiləşdirilib. Bu göstəricilər
vəkillik fəaliyyətində rəqəmsallaşmanın sürətləndiyini və hüquqi xidmətlərin
müasir texnologiyalar vasitəsilə daha əlçatan olduğunu təsdiqləyir.
Eyni zamanda qeyd etmək
lazımdır ki, elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Kollegiya rəhbərliyi
və əməkdaşları dövlət qurumlarının, həmçinin özəl şirkətlərin nümayəndələri ilə
bir sıra mühüm görüşlər həyata keçiriblər. Bu görüşlər elektron xidmətlərin səmərəliliyinin
artırılmasına, vəkillərin və vətəndaşların ehtiyaclarına uyğun həllərin tətbiqinə,
eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsinə
xidmət edib.
Yanvarın 25-də isə Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkillərin elektron kabinetlərdən
istifadəsinin səmərəliliyinə nail olunması” mövzusunda distant qaydada təlim
keçirilib. Təlimçi qismində Kollegiyanın və “Elektron vəkillik” Komitəsinin
üzvü Nurlan Səfərovun iştirak etdiyi təlimə VK-nın 58 üzvü qatılıb.
VƏKİLLƏR
KOLLGİYASININ KOMİTƏLƏRİ VƏ QADIN VƏKİLLƏR ALYANSI
Yanvarın 10-da VK sədri
Anar Bağırovun rəhbərliyi ilə Kollegiyanın Deontologiya Komitəsinin üzvləri ilə
görüş keçirilib. Sədr Komitənin gələcəkdə görəcəyi işlərə toxunub, onların zəruriliyini
vurğulayaraq “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin
kommentariyasının hazırlanmasının və bu işdə Komitə ilə yanaşı Vəkillərin
İntizam Komissiyasının üzvlərinin, eləcə də VK üzvü ola vəkillərin də
iştirakının mümkünlüyünü qeyd edib.
Bundan başqa, VK Rəyasət
Heyətinin 27.01.2025-ci il tarixli iclasında Kollegiyanın Deontologiya Komitəsinin
təqdimatına baxılıb və Komitə tərəfindən hazırlanacaq ""Vəkillərin
davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası" adlı kitabın
mündəricatı və yazılma qaydası təsdiq edilib. Komitə üzvləri və digər vəkillərin
iştirakı ilə “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin
kommentariyası” adlı kitabın ilkin variantı hazırlanıb, son variantın təqdim
edilməsi 2026-cı ilin fevral ayına planlaşdırılıb.
Eyni zamanda Rəyasət
Heyətinin 13.03.2025-ci il tarixli iclasında “Hüquq mühafizə orqanları və vəkil
peşələri arasında etik məsələlər üzrə əməkdaşlığa dair” İşçi Qrupunun
yaradılması və vəkil üzvlərinin təyin edilməsi ilə bağlı Deontologiya Komitəsindən
daxil olan müraciətə baxılıb. Rəyasət Heyəti tərəfindən "Hüquq mühafizə
orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" və "Məhkəmə
orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" İşçi
Qruplarının yaradılması qərara alınıb.
Komitə tərəfindən vəkil
etikası və davranış qaydaları ilə bağlı təlimlər keçirilib.
Komitənin İş Planına
uyğun olaraq Vəkillər Kollegiyasının Tədris Mərkəzinin təşkilatçılığı ilə
15.02.2025-ci il tarixdən başlayaraq 31.10.2025-ci il tarixədək Komitə tərəfindən
vəkil etikası və peşə qaydalarına dair müxtəlif mövzularda 26 (iyirmi altı) təlim
təşkil olunub. Bu təlimlər Komitənin üzvləri ilə yanaşı Komitə tərəfindən əməkdaşlığa
cəlb edilən Rəyasət Heyətinin, Vəkillərin İntizam Komissiyasının üzvlərinin, vəkil
qurumlarının rəhbərlərinin, eləcə də digər vəkillərin təlimçi qismində iştirakı
ilə baş tutub. Nəticədə 1000-dən artıq vəkil təlimə qatılıb. Həmçinin təlimlərlə
bağlı Komitə tərəfindən 3 dəfə “deontologiya həftəsi”, 1 dəfə isə “deontologiya
ayı” (2025-ci ilin oktyabr ayı) elan edilib.
Bundan başqa,
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin və VK-nın birgə təşkilatçılığı ilə
“Hüquq məktəbi” layihəsi üzrə, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Vəkillər
Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil
edilən “DİVАN” Milli Məhkəmə Simulyasiyası üzrə, habelə Kollegiya ilə Ədliyyə
Akademiyasının birgə əməkdaşlığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində
keçirilən təlimlərdə Komitə üzvləri təlimçi qismində iştirak ediblər.
Hesabat ili ərzində
Biznes Hüququ Komitəsinin (BHK) fəaliyyəti çərçivəsində bir sıra mühüm təşəbbüslər
həyata keçirilib, “amicus curiae” rəyləri hazırlanıb, beynəlxalq və yerli
platformalarda aktiv iştirak təmin olunub.
Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinə
BHK üzvləri tərəfindən 3 fərqli hüquqi mülahizə təqdim edilib. Eyni zamanda
korporativ hüquq sahəsində BHK-nın Korporativ hüquq üzrə işçi qrupu tərəfindən
Konstitusiya Məhkəməsinə müvafiq mülahizə hazırlanaraq təqdim olunub, habelə Komitə üzvləri tərəfindən Konstitusiya Məhkəməsinə
mülki hüquqa dair daha 2 mülahizə təqdim edilib.
Hesabat dövründə BHK
üzvləri məhkəmə ekspertizasına dair Ədliyyə Nazirliyi tərəfindən yaradılmış
İşçi Qrupunda iştirak edərək, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və
sahəvi konsepsiyanın formalaşdırılması məqsədilə müvafiq təkliflər irəli sürüblər.
Bundan başqa, “Biznes
hüququ müzakirə klubu”nun II buraxılışı hazırlanaraq VK-nın “YouTube” kanalı,
eləcə də Kollegiya və BHK-nın rəsmi internet səhifələri və sosial şəbəkə
hesablarında yerləşdirilib. Buraxılış “Ödəniş xidməti və ödəniş sistemləri
haqqında” Azərbaycan Respublikası Qanununun müzakirəsinə həsr olunub, Maliyyə
üzrə işçi qrupunun rəhbəri Əfqan Baxışovun iştirakı ilə hazırlanıb və “EY” şirkətinin
təşkilati dəstəyi ilə həyata keçirilib. Buraxılışda iştirak edən şəxslər və digər
ətraflı məlumatlar video materialın təsvir hissəsində təqdim olunub.
Komitənin sədri London
Beynəlxalq Mübahisələr Həftəsi (LIDW) çərçivəsində keçirilən Beynəlxalq
Arbitraj Günündə təşkilatçıların dəvəti ilə Azərbaycandan ilk dəfə olaraq
panelçi qismində çıxış edib, Orta Asiya və Azərbaycan daxil olmaqla regionun
arbitraj təcrübəsi və potensialı ətrafında müzakirələr aparıb.
Həmçinin BHK tərəfindən
Azərbaycanda ilk dəfə olaraq hüquq peşəsində süni intellektdən istifadəyə dair
tövsiyələr hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Bundan başqa, Avropa
Şurasının “Partnership for Good Governance” layihəsi çərçivəsində “Cinayət yolu
ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Qanuna əsasən “Müştəri uyğunluğu və yeni
texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirləri, risk faktorlarının müəyyən
edilməsi və müştəri profilinin risk qruplarına aid edilməsi” mövzusunda təlimlərin
məzmunu işlənib. Sözügedən təlimlərin 2026-cı ildə keçirilməsi nəzərdə tutulur.
Hesabat ili ərzində BHK
tərəfindən ABŞ Kommersiya Departamentinin CLDP proqramının nümayəndələri ilə
görüş keçirilib, bir sıra birgə təlimlərin təşkili ilə bağlı razılıq əldə edilib
və onların formatı razılaşdırılıb. Bu təlimlər arasında CLDP, BHK və Bakı
Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə vəkillər üçün arbitraj üzrə icbari
təlim (“continued legal education” – “CLE”) proqramının keçirilməsi də nəzərdə
tutulur. Hazırda həmin kursun proqramı üzərində iş aparılır və yekun variant
hazır olduqdan sonra VK rəhbərliyinə təqdim ediləcəkdir. Sözügedən təlimlərin
2026-cı ildə keçirilməsi planlaşdırılır.
BHK üzvləri “Azərbaycan
Arbitraj Günləri 2025” beynəlxalq ikigünlük tədbirdə moderator və panel
iştirakçısı qismində, habelə Türk Arbitraj Assosiasiyası və “Women in
Arbitration” beynəlxalq təşkilatının Bakıda keçirilən ilk tədbirlərində spiker
kimi iştirak ediblər. Bununla yanaşı, BHK-nın sədri Nazlı Əhmədova və İdarə Heyətinin
üzvü Kamil Vəliyev yeni yaradılmış Bakı Arbitraj Mərkəzinin İdarə Heyətində təmsil
olunurlar.
Hesabat dövründə Komitə
sədri Nazlı Əhmədova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil
olunan “Mədəniyyət və hüquq” forumunda moderator qismində iştirak edib.
Komitə sədri və VK
Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Astana Beynəlxalq
Maliyyə Mərkəzi (AIFC) və onun nəzdində fəaliyyət göstərən Beynəlxalq Arbitraj
Mərkəzinin nümayəndəsi ilə görüş keçirib, Kollegiya ilə mümkün əməkdaşlıq
istiqamətləri müzakirə olunub.
Eyni zamanda “Femida”
dialoq platforması çərçivəsində BHK üzvləri tərəfindən müzakirələr aparılıb,
formalaşdırılan təkliflər Komitə sədri tərəfindən Ali Məhkəmə ilə VK arasında
keçirilən görüşdə səsləndirilib.
İl ərzində BHK üzvləri
biznes hüququnun aktual mövzularına dair maraqlı elmi və elmi-publisistik məqalələr
yazıb, həmin məqalələr Komitənin saytında, "Kluwer Arbitration Blog"
və digər platformalarda yerləşdirilib. Habelə BHK üzvləri geniş şəkildə
pedaqoji fəaliyyətlə məşğul olaraq ölkənin aparıcı ali təhsil müəssisələrinin Hüquq
fakültələrində biznes hüququnun müxtəlif sahələrinə dair tədris həyata keçirməkdədirlər.
Həmçinin il ərzində
BHK-ya yeni üzvlər qəbul edilib, üzvlər arasında şəbəkələşmə tədbirləri və
müzakirələr təşkil olunub. Bununla yanaşı, Komitə üzvləri tərəfindən biznes
hüququnun müxtəlif sahələrini əhatə edən mövzular üzrə vəkillər üçün silsilə təlimlər
keçirilib, həmin təlimlərin siyahısı VK-nın sosial şəbəkəhesablarında VK Tədris
Mərkəzi tərəfindən yerləşdirilib.
Kibercinayətkarlıq və
Kibertəhlükəsizlik Komitəsi isə 2025-ci il ərzində fəaliyyətini hüquq sahəsində
kibercinayətkarlıqla mübarizə, şəxsi məlumatların qorunması və bu istiqamətdə
hüquqi biliklərin artırılması məqsədi ilə davam etdirib. İl ərzində Komitə tərəfindən
təlimlərdə iştirak, ixtisaslaşmış tədris tədbirləri və ictimai-hüquqi platformalarda
təmsilçilik həyata keçirilib. Əsas fəaliyyət istiqamətləri - vəkilliyə namizədlər
üçün icbari təlimlər olub.
Hesabat ili çərçivəsində
Komitə Ədliyyə Akademiyasında vəkillər üçün təşkil olunan kibercinayətkarlıq və
şəxsi məlumatların qorunması mövzusunda 4 icbari təlimdə təmsil olunub. Təlimlər
zamanı kibercinayətlərin hüquqi tərkibi, şəxsi məlumatların qorunması üzrə
milli qanunvericilik, praktik risklər və real məhkəmə təcrübəsindən irəli gələn
hüquqi yanaşmalar iştirakçılara izah edilib.
Eyni zamanda Komitə tərəfindən
Vəkillər Kollegiyası Tədris Mərkəzində şəxsi məlumatlar və internet mühitində
törədilən cinayətlər mövzusunda ixtisaslaşmış təlimlər həyata keçirilib. Təlim
praktiki yönümlü olmaqla, vəkillərin peşə fəaliyyətində rastlaşa biləcəkləri
kiber risklərin hüquqi qiymətləndirilməsi və qarşısının alınması məqsədi
daşıyıb.
Həmçinin Komitə “Kibervətən:
KiberTəhlükəsizlik və Süni İntellekt – Hüquqi Çağırışlar” adlı forumda rəsmi şəkildə
təmsil olunub. Bu iştirak Komitənin kiber hüquq sahəsində aparılan müzakirələrdə
mövqeyinin təqdim olunmasına və sahə üzrə təcrübə mübadiləsinə şərait yaradıb.
Bundan başqa, 2025-ci
il ərzində Komitənin sosial şəbəkə hesabları və digər əlaqə vasitələri vasitəsilə
kibercinayətlərlə bağlı müraciət edən xeyli sayda vətəndaşa ödənişsiz ilkin
hüquqi məsləhətlər göstərilib. Müraciətlər çərçivəsində vətəndaşlara onların
hüquqları izah edilib, mövcud hüquqi müdafiə vasitələri barədə məlumat verilib
və konkret hallara uyğun olaraq aidiyyəti dövlət orqanlarına və ya hüquqi prosedurlara
yönləndirmə aparılıb.
Yekun olaraq 2025-ci il
ərzində Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi kiber risklər üzrə
hüquqi maarifləndirmənin artırılması, vəkillərin peşə biliklərinin gücləndirilməsi
və müasir texnoloji çağırışlara uyğun hüquqi yanaşmaların formalaşdırılması
istiqamətində ardıcıl fəaliyyət göstərib. BMT-nin Kibercinayətkarlıq
Konvensiyasından irəli gələn öhdəliklər, milli qanunvericiliyin təkmilləşdirilməsi,
kadr hazırlığı və beynəlxalq əməkdaşlıq imkanları nəzərə alınmaqla, Komitənin
növbəti il üçün fəaliyyətinin daha intensiv şəkildə davam etdirilməsi
planlaşdırılır.
Həmçinin 29-30 may
tarixlərində VK Qadın Vəkillər Alyansının nümayəndələrindən ibarət geniş tərkibli
heyət Özbəkistanın Daşkənd şəhərində rəsmi səfərdə olub. Nümayəndə heyəti Özbəkistan
Vəkillər Palatasını ziyarət edib, Palatanın sədri ilə görüş keçirib. Görüşdə
qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, xüsusilə Özbəkistan Vəkillər
Palatasında yeni yaradılmış Qadın Vəkillər Alyansı ilə sıx əməkdaşlığın
qurulması barədə razılıq əldə edilib.
Noyabrın 25-də Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin
birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq
kampaniyası” çərçivəsində “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən
başlayır” mövzusunda konfrans keçirilib. Konfransda Qadın Vəkillər Alyansının üzvləri
iştirak ediblər.
Eyni zamanda Qadın Vəkillər
Alyansının üzvləri Liv Bona Dea Hospitalında uzman həkimlər tərəfindən keçirilən
“Qadın vəkillər üçün sağlamlıq tədbiri” adlı mərasimdə iştirak ediblər.
Hesabat ili çərçivəsində
Qadın Vəkillər Alyansının üzvləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin və Mehriban Qadın və Uşaq
Sığınacağını ziyarət ediblər. Ziyarət zamanı vəkillər sığınacaqda yaşayan
uşaqlarla səmimi ünsiyyət qurub, onlarla birgə vaxt keçirərək bayram
ab-havasını bölüşüblər. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onların
sevincinə və mənəvi dəstəyinə xüsusi diqqət göstərilib.
Eyni zamanda Qadın Vəkillər
Alyansının üzvləri Gədəbəydə Heydər Əliyev Mərkəzində vətəndaşlara, Penitensiar
xidmətin 4 saylı cəzaçəkmə müəssisəsi ilə Yetkinlik yaşına çatmayanlar üçün
penitensiar müəssisəsində cəza çəkən şəxslərə pulsuz hüquqi yardım göstəriblər,
habelə Azərbaycan Dillər Universitetində “Dünya və Azərbaycan ədəbiyyatlarında
qadın taleyi” mövzusunda esse müsabiqəsinin nəticələrinin elan olunmasına həsr
edilmiş tədbirdə iştirak ediblər, kollec, lisey və məktəblərdə isə maarifləndirici
çıxışlar ediblər.
SOSİAL AKSİYALAR, YARIŞLAR
Məlum olduğu kimi, VK tərəfindən
ahıl şəxslər üçün sosial xidmət müəssisələrinə, uşaq evlərinə və internat məktəblərinə
tez-tez səfərlər təşkil olunur. Hesabat ilində bu istiqamətdə bir sıra ziyarətlər
həyata keçirilib və iştirakçılara sosial dəstək göstərilib.
Eyni zamanda Kollegiya
tərəfindən idman və elmi sahələrdə çoxsaylı yarışlar və müsabiqələr keçirilib.
Bunlara beynəlxalq və yerli futbol və şahmat turnirləri, rəssamlıq, ədəbiyyat və
digər bədii yaradıcılıq müsabiqələri daxildir. Bu tədbirlər vəkillərin sosial məsuliyyətini
artırmaqla yanaşı, cəmiyyətlə səmərəli əlaqələrin qurulmasına və peşəkar fəaliyyətin
ictimaiyyət tərəfindən daha geniş tanınmasına mühüm töhfə verib.
Qeyd etmək lazımdır ki,
VK-nın bu fəaliyyətləri vəkilliyin yalnız hüquqi deyil, həm də sosial və mədəni
aspektlərini ön plana çıxarmaqla, peşə nüfuzunun möhkəmləndirilməsinə xidmət
edir.
İyunun 1-də isə VK
qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” futbol komandası ilə
Türkiyə Barolar Birliyinin Ankara Barosunun qadın vəkillərdən ibarət eyni adlı
komandası arasında yoldaşlıq görüşü keçirib. Qarşılaşma 3:3 hesabı ilə başa
çatıb.
21-22 iyun tarixlərində
VK-nın ənənəvi təşkil etdiyi Azərbaycan vəkillərinin şahmat üzrə V respublika
birinciliyi keçirilib. Xırdalan Şahmat Məktəbində iki gün davam edən turnirin
açılışında Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” Fondunun İdarə Heyətinin
sədri Pərviz Ələkbərov çıxış edib. Yarışda fərdi qaydada fəaliyyət göstərən vəkil
Elşən Səfərov birinci, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Sənan
Süleymanlı ikinci və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Aydın Ələkbərov
isə üçüncü yerə layiq görülüb.
Bundan başqa, iyulun
9-da Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının
“İdman hüququ”, "Turizm hüququ" ixtisaslaşmalarının magistrantlarının
dissertasiya işlərinin müdafiəsi keçirilib. Müdafiə prosesi Kollegiyanın sədri,
hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun sədrliyi ilə baş tutub.
Eyni zamanda sentyabrın
25-də VK Qadın Vəkillər Alyansının üzvləri “Azərbaycan Uşaqları” İctimai
Birliyinin uşaq sığınacağında uşaqlarla tədbir keçiriblər. Mərasim çərçivəsində
vəkillər uşaqlara diqqət və qayğı göstərib, onların gündəlik həyatı, təhsili və
gələcək arzuları ilə maraqlanıblar.
Həmçinin 23-28 sentyabr
2025-ci il tarixlərində Kollegiyanın vəkil və hüquqşünas qadınlardan ibarət həvəskar
futbol komandası “Legal Eagles” Xorvatiyanın Pula şəhərində beynəlxalq futbol
oyunları təşkilatçısı “Mundiavocat” tərəfindən keçirilən “Nations Cup 2025”
turnirini VII pillədə başa vurub.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Birləşmiş
Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə
Bakıda 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “İnsan
hüquqları: həyatımızın əsas dəyərləri” mövzusunda xüsusi tədbir keçirilib. VK üzvləri
tədbir çərçivəsində təşkil edilən “Fibonacci” intellektual oyunun qalib adını
qazanıb.
Bundan əlavə, dekabrın
29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində VK-ın
Qadın Vəkillər Alyansının üzvləri Mehriban Qadın və Uşaq Sığınacağını ziyarət
ediblər. Ziyarət zamanı vəkillər sığınacaqda yaşayan uşaqlarla səmimi ünsiyyət
qurub, onlarla birgə vaxt keçirərək bayram ab-havasını bölüşüblər.
Dekabrın 26-da isə Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin və Kollegiyanın təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində
ağacəkmə aksiyası keçirilib. Vəkil Günü peşə bayramı ilə əlaqədar təşkil olunan
ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad
İsmayılov, VK sədri Anar Bağırov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları
iştirak edib.
GƏNCLƏRƏ DƏSTƏK - GƏNCLƏRDƏ VƏKİL
PEŞƏSİNƏ MARAĞIN ARTIRILMASI
VK tərəfindən hər zaman
gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması diqqət mərkəzində
saxlanılır. Bu istiqamətdə universitetlərdə müxtəlif görüşlər, maarifləndirici
tədbirlər və müzakirələr keçirilir, həmçinin gənclərin peşəkar inkişafına dəstək
məqsədilə bir sıra təşəbbüslər həyata keçirilir.
Kollegiya ilə ölkədə
hüquq təhsili verən bütün ali təhsil müəssisələri arasında imzalanmış əməkdaşlıq
memorandumlarına əsasən, tələbələrin vəkil qurumlarında təcrübə keçmələri üçün
hər cür şərait yaradılıb. Bu əməkdaşlıq gənc hüquqşünasların nəzəri biliklərinin
praktik bacarıqlarla möhkəmləndirilməsinə, onların vəkillik peşəsinin mahiyyəti
ilə yaxından tanış olmalarına mühüm imkan yaradır.
Hesabat ili ərzində
müvafiq Vəkil bürolarında 69 nəfər “Femida könüllüləri”, 164 tələbə istehsalat
təcrübəsində, 23 nəfər isə könüllü qaydada təcrübə keçib. Bu göstəricilər
Kollegiyanın gənclərlə iş sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin
nəticəsidir.
Hesabat ilində dördüncü
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi
Göyüşov "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1
illik fərdi inkişaf - mentorluq proqramı çərçivəsində mütəmadi görüşlər
keçirib. Eyni zamanda beşinci "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərindən
olan Kollegiyanın sədri Anar Bağırov final mərhələsinə mentor qismində qatılıb.
Onu da bildirək ki,
2025-ci ildə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri arasında iki vəkil də
yer alıb. 16 553 iştirakçı arasından seçilən 20 qalibdən ikisi – Fatimə Eyyub və
Məmməd Balacanov olub.
Həmçinin yanvarın 18-də
VK ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilmiş tələbələr
arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasına təşkilatı dəstək göstərmiş
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA Azərbaycan) və “Femida Könüllüləri"
təşkilatının könüllülərinə sertifikatlar təqdim edilib.
Eyni zamanda hesabat
ili çərçivəsində VK rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə
görüşlər (17 yanvar, 10 fevral, 23 may, 5 sentyabr, 26 sentyabr, 21 noyabr
tarixlərində) keçiriblər. Kollegiyanın inzibati binasında baş tutan görüşlərdə
sədr Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni fəaliyyət mərhələsinə
qədəm qoymaları münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb və
vəkil köməkçilərinin vəkillik fəaliyyətində
rolu və əhəmiyyəti barədə məlumat verib.
Fevralın 15-də isə “Femida
Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı
ilə Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. Mərasimdə VK-nın sədr
müavini Pərviz Ələkbərov iştirak edərək çıxış edib.
Həmçinin mart 15-də VK və
"Femida Könüllüləri" Təşkilatı arasında bağlanan Memoranduma əsasən,
müxtəlif Vəkil bürolarında təcrübə keçən könüllülərə sertifikatlar təqdim
edilib.
26 aprel 2025-ci il
tarixində Ali Məhkəmədə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının
fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant
müsabiqəsi çərçivəsində, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və VK-nın tərəfdaşlığı
ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVAN” Milli Məhkəmə
Simulyasiyasının bağlanış və mükafatlandırma mərasimi baş tutub. Tədbirdə
VK-nın üzvü İsmayıl Kəngərli çıxış edib.
Bundan başqa, mayın
14-də isə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gənclər Fondunun və
“Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, VK, Bakı Dövlət
Universiteti Hüquq fakültəsinin və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı
ilə ümumrespublika gəncləri arasında “Legal Ring” intellektual yarışı
keçirilib. Tədbirdə Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Kollegiyanın
Aparat rəhbərinin müavini Səttar Məmmədov və Vəkillər Kollegiyası
Akademiyasının elmi katibi Sona Xəlilli iştirak edib.
Eyni zamanda mayın 31-də
ELSA Azərbaycan tərəfindən VK-nın maliyyə və təşkilati dəstəyi, “Abdurahimli
Group” və “BM Morrison Partners” MMC şirkətlərinin sponsorluğu ilə Ali Məhkəmədə
XIV Milli Məhkəmə Müsabiqəsinin Final mərhələsi və bağlanış mərasimi keçirilib. Tədbirdə Kollegiyanın
Aparat rəhbəri Orxan Babayev çıxış edib.
İyunun 14-də isə VK-nın
maliyyə dəstəyi ilə Bakıda yeni maarifləndirici mədəni layihə çərçivəsində çap
olunan uşaqlar üçün Konstitusiyaya və insan hüquqlarına həsr olunmuş kitabın təqdimat
mərasimi keçirilib. Kollegiyanın
sədri Anar Bağırov tədbirin açılışında çıxış edərək qonaqları salamlayıb,
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ərsəyə gətirilən maarifləndirici
hüquqi layihəni yüksək qiymətləndirib.
Həmçinin sentyabrın 2-də
VK sədri Anar Bağırov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində
dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan, Böyük Britaniyanın
Kembric Universitetinin Korporativ Hüquq magistratura proqramına 2025-ci ildə qəbul
olunan Kollegiyanın üzvü Gülzada Mirzəməmmədova ilə görüş keçirib. Kollegiyanın
inzibati binasında baş tutan görüşdə sədr gənc vəkili təbrik edərək bu nailiyyəti
həm şəxsi uğur, həm də Azərbaycan vəkilliyi üçün qürurverici hadisə kimi qiymətləndirib.
Sentyabr 2-də isə
Kollegiyanın sədri Anar Bağırov VK Aparatında ilk dəfə təcrübə keçmiş ADA
Universitetinin Hüquq fakültəsinin IV kurs tələbələri ilə görüşüb.
Bundan əlavə, oktyabrın
20-də Xəzər Universiteti Dünya Məktəbində VK sədri Anar Bağırovun şagirdlərlə
görüşü keçirilib. Görüşdə çıxış edən Kollegiya sədri şagirdlərlə təcrübələrini
bölüşərək vəkillik peşəsinin üstünlükləri, VK-nın tarixi inkişaf yolu, son illərdə
həyata keçirilən mühüm islahatlar və vəkillik institutunun gücləndirilməsi
istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Eyni zamanda dekabrın
17-də Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Kollegiyanın tam dəstəyi
ilə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI
buraxılışının final mərhələsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən,
“Corpus Delicti” komandasını təmsil edən Bakı Dövlət Universitetinin III kurs tələbələri
Gülnar Mütəllibova və Zəhra Hüseynova I yerə layiq görülüb, həmçinin “Ən yaxşı
memorial (cavabdeh kimi)” nominasiyası üzrə qalib elan olunublar.
PULSUZ
HÜQUQİ YARDIM AKSİYALARI – STATİSTİKA
2025-ci il ərzində VK tərəfindən
bütün ölkə üzrə 10 mindən çox aztəminatlı
şəxsə pulsuz hüquqi yardım göstərilib.
Bildirmək istərdik ki,
hər il ölkədə qeyd edilən Beynəlxalq İnsan Hüquqları Günü, Beynəlxalq Qadınlar
Günü, Milli Qurtuluş Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, Zəfər
Günü, Vəkil Günü və s. bayramlar münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində
Kollegiya tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.
Qeyd edək ki, VK Rəyasət
Heyətinin 18 fevral 2025-ci il tarixli iclasında “Konstitusiya və Suverenlik
İli” çərçivəsində Tədbirlər Planı təsdiq edilib. Həmin Tədbirlər Planından irəli
gələrək il ərzində bir sıra tədbirlərin, o cümlədən pulsuz hüquqi yardım
aksiyalarının keçirilməsi qərara alınıb.
Tədbirlər Planına uyğun
olaraq 2025-ci il ərzində Milli Məclisin 42 deputatının təşəbbüsü ilə pulsuz
hüquqi yardım aksiyaları keçirilib. 9 aksiya Bakı şəhərində, 33 aksiya isə
regionlarda təşkil edilib. Ümumilikdə isə aksiyalarda 1000 nəfərə yaxın vətəndaşa
pulsuz hüquqi yardım göstərilib.
Həmçinin VK və Oğuz, Zərdab,
Şamaxı, eləcə də Gədəbəy Rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə
həmin rayonlarda pulsuz hüquqi yardım aksiyaları təşkil edilib, vəkillər tərəfindən
vətəndaşlara hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və
hüquqi prosedurlar barədə izahatlar verilib, eyni zamanda onlara zəruri istiqamətlər
üzrə yazılı tövsiyələr təqdim olunub. Həmin aksiyalarda ümumilikdə 100 nəfərdən
artıq vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Kollegiya ilə Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına
uyğun olaraq penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi istiqamətində pulsuz hüquqi yardımın və maarifləndirmə
işinin təşkili üzrə 29 aksiya təşkil edilib və 806 nəfərə pulsuz hüquqi yardım
göstərilib.
Eyni zamanda hesabat
ili ərzində VK və Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin birgə təşkilatçılığı
ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin
olunması ilə bağlı mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları təşkil
olunub. Təşkil edilən 8 aksiyada 186 nəfər şəxsə pulsuz hüquqi yardım göstərilib.
Bundan başqa, VK ilə Azərbaycan
Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
keçmiş məcburi köçkünlər üçün pulsuz hüquqi yardım aksiyaları təşkil edib. Təşkil
olunan 2 aksiyada 200 nəfərə yaxın şəxsə pulsuz hüquqi yardım göstərilib.
Hər il olduğu kimi, ölkədə
qeyd edilən Silahlı Qüvvələri Günü, Zəfər Günü, Dövlət Bayrağı, Konstitusiya
Günü, Beynəlxalq İnsan Hüquqları Günü, kimi bayramlar münasibəti ilə keçirilən
silsilə tədbirlər çərçivəsində Kollegiya tərəfindən 5 “Açıq qapı” günləri təşkil
edilib. Həmin aksiyalar çərçivəsində 300 nəfərdən çox vətəndaşa pulsuz hüquqi
yardım göstərilib.
Kollegiya və Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Uşaq
və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq, sosial işçiləri və vəkillərin
iştirakı ilə 25 iyun 2025-ci il tarixində “Açıq qapı” Günü təşkil edilib. Mərkəzlərin
xidmətlərindən istifadə, psixoloji konsultasiya, hüquqi məsələlər, aliment,
boşanma, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin
olunma, istirahət, yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqla ünsiyyət, təhsildən
yayınma və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər
yer alıb.
VK ilə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Şağan Reabilitasiya
Pansionatında fərdi hüquqi qəbullar olub, müraciət edən şəxslərə sosial təminat
və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlər verilib.
Eyni zamanda hesabat
ili çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi, “100 gün – 100 təşəbbüs”
aksiyası çərçivəsində səyyar hüquqi yardım aksiyaları təşkil edilib.
Kollegiyanın təşkilatçılığı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində və
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində 2 hüquqi yardım aksiyası təşkil
olunub, həmin aksiyalarda vətəndaşlara səyyar hüquqi xidmətlər göstərilib.
Əlavə olaraq, respublika
ərazisində fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillər tərəfindən də minlərlə
aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.
Həmçinin Kollegiyanın
Hüquqi Yardım Mərkəzi tərəfindən 674 nəfər vətəndaşa müvafiq hüquqi yardımlar
göstərilib.
DÖVLƏT HESABINA HÜQUQİ YARDIM
FƏALİYYƏTİ
“Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2019-cu il 3
aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq, 2020-ci ildən başlayaraq
dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqqın
ödənilməsi məqsədilə nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən birbaşa VK-ya ayrılması təmin edilir.
Bu məqsədlə “Azərbaycan
Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının
2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir
sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26
dekabr tarixli 2424 nömrəli Fərmanının 1.3.5.2-ci bəndi ilə ARVK-ya dövlət
hesabına göstərilən hüquqi yardımla əlaqədar 6 000 000 manat vəsait nəzərdə
tutulub və 2025-ci ildə həmin vəsaitin Kollegiyaya ayrılması müvafiq qaydada təmin
olunub.
Həmçinin RK tərəfindən
2025-ci il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və
maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların
qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə
(müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin olunub.
Belə ki, hesabat ilində
dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə
(müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı xərclərin
rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada
fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi
ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat,
istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul
olunan qərarlar əsasında dövlət hesabına hüquqi yardıma görə 34 073 qərar üzrə
5 999 874,51 manat (bank xidməti də nəzərə
alınmaqla) vəsaitin 102 vəkil qurumuna və 33 fərdi qaydada fəaliyyət göstərən vəkilə,
ümumilikdə isə 1051 vəkilə ödənişi təmin edilib.
Onu da bildirək ki,
hazırda 10 714 qərar (1 192 660 manat vəsait) icra olunma mərhələsindədir.
I. Vəsaitin təyinatı üzrə bölgüsü
|
|
Ümumilikdə icra olunmuş 34073
qərara görə 5 999 874,51 manat, o cümlədən: |
|
|
1) |
2025-ci ildə icra olunmuş
qərarların 10 904 ədədi məhkəməyədək cinayət prosesini həyata keçirən orqanların
qərarı olmuşdur: |
2 788 151,08 manat |
|
2) |
2025-ci ildə icra olunmuş
qərarların 23 169 ədədi məhkəmə
qərarı olmuşdur: |
3 211 723,43 manat |
II. Vəsaitin icra
olunmuş qərarların sayı üzrə bölgüsü
|
S/S |
Qərarların qəbul olunduğu illər |
Qərar sayı |
Məbləğ (manatla) |
|
1) |
2020-ci il üzrə |
13 qərar |
2 199,67 |
|
2) |
2021-ci il üzrə |
57 qərar |
10 645,13 |
|
3) |
2022-ci il üzrə |
163 qərar |
31 294,15 |
|
4) |
2023-cü il üzrə |
276 qərar |
34 868,02 |
|
5) |
2024-cü il üzrə |
8902 qərar |
1 096 396,41 |
|
6) |
2025-ci il üzrə |
24662 qərar |
4 824 471,13 |
|
|
CƏMİ: |
34073 qərar |
5 999 874,51 manat |
İXTİSASARTIRMA TƏLİMLƏRİ VƏ
DİGƏR TƏLİMLƏR
2025-ci
il ərzində ümumilikdə 117 təlim
keçirilib. Həmin təlimlərdə 5 263 vəkil
(bir vəkil bir neçə təlimə qoşulub)
iştirak edib. VK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 29 ixtisasartırma
təlimlərində 795 vəkil,
keçirilən 84 digər təlimlərə isə
4468 vəkil qoşulub.
Əlavə
olaraq, “Vəkildən gənc hüquqşünasa”
layihəsi üzrə keçirilən 4 təlimdə
133 hüquqşünas iştirak edib.
İXTİSASARTIRMA TƏLİMLƏRİ:
1.
05 may və 07 may 2025-ci il tarixində “Vəkillərin hüquqi yazı
bacarıqlarının artırılması məqsədilə istifadə edəcəyi taktikalar və hüquqi yazı
texnikası” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib.
Kursda 37 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü Zaur
Nağıyev)
2.
13 may 2025-ci il tarixində “Vəkillik etikası. Müştəri ilə müsahibə və
məsləhətin aparılmasında vəkillərin bədən dili və kommunikasıya bacarıqlarının
artırılması taktikaları” mövzusunda əyani formada ixtisasartırma kursu
keçirilib. Kursda 11 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası
Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə
Həsənova)
3.
04 iyun 2025-ci il tarixində “Vəkilin intizam məsuliyyətinin əsasları və hüquq
mədəniyyəti” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda
21 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası Deontologiya
Komitəsinin üzvü Araz Nurməmmədov)
4.
05 iyun 2025-ci il tarixində “Qanunun aliliyi və inkluziv cəmiyyət
prinsiplərinin təbliği” mövzusunda distant formada ixtisasartırma kursu
keçirilib. Kursda 23 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı
şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov)
5.
12 iyun 2025-ci il tarixində “Fərdi məlumatların, kommersiya sirrinin mühafizəsi
və hüquqi tənzimlənməsi “GDPR” qaydaları” mövzusunda distant formada
ixtisasartırma kursu keçirilib. Kursda 19 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü Roman Qaraşov)
6.
13 iyun 2025-ci il tarixində “Arbitraj haqqında ümumi məlumat, Milli
qanunvericilik və Beynəlxalq təcrübə” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 24 vəkil iştirak edib. (təlimçilər: Vəkillər
Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvləri Fuad Qəşəmov
və Günel İsmayılbəyli)
7.
17 iyun 2025-ci il tarixində “İstehlakçı hüquqları” mövzusunda distant formada
ixtisasartırma kursu keçirilib. Kursda 20 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü Roman Qaraşov)
8.
20 iyun 2025-ci il tarixində “Arbitraja münasibətdə milli məhkəmələrin nəzarət
və yardım funksiyaları” mövzusunda distant formada ixtisasartırma kursu
keçirilib. Kursda 23 vəkil iştirak edib. (təlimçilər:
Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvləri Fuad Qəşəmov və Günel
İsmayılbəyli)
9.
23 iyun 2025-ci il tarixində “Arbitraj qərarlarının ləğv edilməsi proseduru”,
“Xarici arbitraj qərarlarının tanınması və icrası” mövzularında distant formada
ixtisasartırma kursu keçirilib. Kursda 20 vəkil iştirak edib. (təlimçilər:
Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvləri Fuad
Qəşəmov və Günel İsmayılbəyli)
10.
24 iyun 2025-ci il tarixində “Rəqabət hüququ” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 18 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü, “Veysəloğlu”
Şirkətlər Qrupunun Hüquq və Komplayens direktoru Allahverən Oruclu)
11.
25 iyun 2025-ci il tarixində “Süni zəka ilə bağlı hüquqi məsələlər” mövzusunda
distant formada ixtisasartırma kursu keçirilib. Kursda 21 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü Roman
Qaraşov)
12.
30 iyun 2025-ci il tarixində “Hüquqi yazı” mövzusunda distant formada
ixtisasartırma kursu keçirilib. Kursda 20 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü Zaur Nağıyev)
13.
15 oktyabr 2025-ci il tarixində “Mülki icraat” mövzusunda distant
formada ixtisasartırma kursu keçirilib. Kursda 36 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü Anar Məmişov)
14.
17 oktyabr 2025-ci il tarixində “İşgəncə cinayəti” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 30 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı)
15.
22 oktyabr 2025-ci il tarixində “Məhkəmədə vəkilin hüquqları və
vəzifələri” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 46 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyası İntizam Komissiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil
Bürosunun müdiri İsmayıl Kəngərli)
16.
23 oktyabr 2025-ci il tarixində “Əqdlərin etibarsızlığı” mövzusunda distant formada
ixtisasartırma kursu keçirilib. Kursda 45 vəkil iştirak
edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov)
17.
24 oktyabr 2025-ci il tarixində “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları
işığında şikayətin qəbul edilənlik şərtləri” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 29 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının
üzvü: Sadiq Bağırov)
18.
27 oktyabr 2025-ci il tarixində “Müflisləşmə və iflas proseduru, Müflisləşmənin
hüquqi əsasları və təcrübə” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 33 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili, Vüsal
Kazımzadə)
19.
31 oktyabr 2025-ci il tarixində “İstehlakçıların müdafiəsi hüququ” mövzusunda
distant formada ixtisasartırma kursu keçirilib. Kursda 25 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü, Bakı Mühəndislik Universitetinin “Biznes hüququ”
üzrə müəllimi Bəhruz Orucov)
20.
31 oktyabr 2025-ci il tarixində “Antiinhisar (Antirest) hüququ” mövzusunda distant
formada ixtisasartırma kursu keçirilib. Kursda 26 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü Fidan Rüstəmli)
21.
14 noyabr 2025-ci il tarixində “Vəkilin uşaq hüquqlarının müdafiəsində iştirakının
hüquqi aspektləri və həyata keçirilən tədbirlər” mövzusunda distant formada
ixtisasartırma kursu keçirilib. Kursda 21 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə)
22.
3 dekabr 2025-ci il tarixində “Vəkillərin qərəzsizliyi və peşəkar müstəqilliyi”
mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 22 vəkil
iştirak edib. (təlimçi: Vəkillərin
İntizam Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü
Elvin Əliyev)
23.
4 dekabr 2025-ci il tarixində “Vəkillərin etik davranış qaydaları və bu
qaydaların praktikada tətbiqi” mövzusunda distant formada ixtisasartırma kursu
keçirilib. Kursda 23 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası Deontologiya
Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil
Bürosunun müdiri Paşa Səfərov)
24.
4 dekabr 2025-ci il tarixində “İqtisadi təmərküzələşmələr, iqtisadi
təmərküzləşmələrə dövlət nəzarəti” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 25 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü Fidan Rüstəmli)
25.
5 dekabr 2025-ci il tarixində “Hüquqi yazı” mövzusunda distant formada
ixtisasartırma kursu keçirilib. Kursda 27 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü Zaur Nağıyev)
26.
12 dekabr 2025-ci il tarixində “Təhqiqatçıların qanunsuz əməllərindən şikayətlərin
verilməsi” mövzusunda distant formada ixtisasartırma
kursu keçirilib. Kursda 57 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Rubayıl Səfərov)
27.
16 dekabr 2025-ci il tarixində “Xarici elementli mülki mübahisələrin həllinin
təcrübi və praktiki məsələləri” mövzusunda distant formada ixtisasartırma kursu
keçirilib. Kursda 37 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Teymur
Babayev)
28.
16 dekabr 2025-ci il tarixində “Mediasiyada barışıq sazişinin tərtibində
vəkillərin iştirakı, barışıq sazişinin icrası və yaranmış problemlərdən çıxış
yolları” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 34
vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü Qasım Şalıyev)
29.
17 dekabr 2025-ci il tarixində “Hökmran mövqe, ondan su-istifadə halları”
mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 22 vəkil
iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü Fidan Rüstəmli)
DİGƏR TƏLİMLƏR:
1. 11
yanvar 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Əsassız varlanma: mahiyyəti və
hüquqi problemlər” mövzusu üzrə əyani formada təlim. Təlimdə 40 vəkil iştirak
edib. (təlimçi: Ali Məhkəmənin Mülki və Kommersiya işləri üzrə məhkəmə
təcrübəsi sektorunun müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nazənin
Hüseynova)
2. 18
yanvar 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Biznes
hüququ sahəsində ümumqəbul edilmiş anlayışlar və onların hüquq praktikasında
tətbiqi” mövzusu üzrə distant formada təlim. Təlimdə 59 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov)
3. 18
yanvar 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Abşeron
rayonunda fəaliyyət göstərən vəkillər üçün “Uşaqyönümlü hüquqi yardım
(Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə əyani formada təlim. Təlimdə 19 vəkil
iştirak edib. (təlimçi: UNİCEF-in eksperti, Vəkillər Kollegiyasının üzvü
Rafiq Alışov)
4. 25
yanvar 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkillərin elektron
kabinetlərdən istifadəsinin səmərəliliyinə nail olunması” mövzusu üzrə distant
formada təlim. Təlimdə 58 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü Nurlan Səfərov)
5. 1
fevral 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Yeni vəkillər üçün mediasiya və
mediasiya danışıqları (mediasiyanın prinsipləri, tərəflərin üzləşə biləcəyi
risklər, mediasiyanın mərhələləri, qanunvericilik, imkanlar və boşluqlar, etik
məsələlər)” mövzusu üzrə hibrid formada təlim. Təlimdə 55 vəkil iştirak edib. (təlimçi:
Mediasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehdiyev)
6. 5
fevral 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım
(Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu
üzrə əyani formada təlim. Təlimdə 22 vəkil iştirak edib. (təlimçi:
Kollegiyanın üzvü, UNİCEF-in eksperti Rafiq Alışov)
7. 8
fevral 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Birgə nikah dövründə əldə olunan
əmlakın bölgüsü” mövzusu üzrə hibrid formada təlim. Təlimdə 92 vəkil iştirak
edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü, Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Normativ hüquqi təminat
şöbəsinin müdiri Könül Fərəcova)
8.
15 fevral 2025-ci
il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkilin reklam qadağası və onun
sərhədləri” mövzusu üzrə hibrid formada təlim. Təlimdə 64 vəkil iştirak edib. (təlimçi:
Vəkillərin İntizam Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya
Komitəsinin üzvü Elvin Əliyev)
9.
22 fevral 2025-ci
il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkillər arasında etik
münasibətlər" mövzusu üzrə distant formada təlim. Təlimdə 55 vəkil iştirak
edib. (təlimçilər: Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri,
İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa
Səfərov və Vəkillər Kollegiyası və Deontologiya Komitəsinin üzvü Vüsal Cəfərov)
10. 1 mart 2025-ci il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə “İnzibati icraatın əsasları və prinsipləri” mövzusu üzrə distant formada
təlim. Təlimdə 102 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının
üzvü Vəfadar Piriyev)
11. 11
mart 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə “Arbitraj ilə bağlı nəzəri və praktiki
məşğələlər” mövzusu üzrə distant formada təlim. Təlimdə 59 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü, “Legalize Hüquq Şirkəti”nin təsisçi-partnyoru Fuad
Qəşəmov)
12. 15
mart 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Vəkilin peşə fəaliyyətini həyata
keçirərkən qarşılaşdığı etik çətinliklər və onların aradan qaldırılması
yolları" mövzusu üzrə distant formada təlim. Təlimdə 38 vəkil iştirak
edib. (təlimçilər: Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri,
İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa
Səfərov və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov)
13. 5
aprel 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Cinayət işlərində müdafiə taktikasının
qurulması (ibtidai araşdırma və məhkəmə mərhələləri)" mövzusu üzrə hibrid
formada təlim. Təlimdə 85 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının
Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə
Həsənova)
14. 10 aprel 2025-ci il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə "Vəkilin internetə çıxışı və özünü ifadə etməsi" mövzusu üzrə
distant formada təlim. Təlimdə 40 vəkil iştirak edib. (təlimçilər: Vəkillər
Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı
şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov və Vəkillər Kollegiyası
Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov)
15. 12
aprel 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Tikinti müqavilələri üzrə mübahisələrin
həlli" mövzusu üzrə hibrid formada təlim. Təlimdə 57 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü Elcan Həsənli)
16. 19
aprel 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Vəkilin sosial şəbəkədə fəaliyyətini
təbliğ etməsi" mövzusu üzrə distant formada təlim. Təlimdə 29 vəkil
iştirak edib. (təlimçi: Vəkillərin İntizam Komissiyasının və Vəkillər
Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin Əliyev)
17. 19
aprel 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Vergi mübahisələri" mövzusu üzrə
hibrid formada təlim. Təlimdə 66 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, “Acon Tax & Accounting” şirkətinin həmtəsisçisi və
vergi meneceri Könül Bədəlova)
18. 22
aprel 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Hakim
və vəkil münasibətlərində etik çərçivələr" mövzusu üzrə distant formada
təlim. Təlimdə 48 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası
Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26
saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov)
19. 23 aprel 2025-ci il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə "Vəkilin peşəkar nüfuzunu qorumaq öhdəliyi" mövzusu üzrə distant
formada təlim. Təlimdə 44 vəkil iştirak edib. (təlimçi: Vəkillərin İntizam
Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin
Əliyev)
20. 25
aprel 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Vəkilin fəaliyyətində deontoloji
məsələlər" mövzusu üzrə distant formada təlim. Təlimdə 45 vəkil iştirak
edib. (təlimçi: Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz
Nurməmmədov)
21. 26
aprel 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Vəkilin sosial şəbəkələrdə
davranışı" mövzusu üzrə distant formada təlim. Təlimdə 46 vəkil iştirak
edib. (təlimçilər: Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri,
İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa
Səfərov və Vəkillər Kollegiyasının və Deontologiya Komitəsinin üzvü Vüsal
Cəfərov)
22. 3 may 2025-ci il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə "İcra icraatında icra hərəkətləri, məcburi icra tədbirləri və
məsuliyyət" mövzusu üzrə hibrid formada təlim. Təlimdə 92 vəkil iştirak
edib. (təlimçi: Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü,
Vəkillərin İcra hüququ komitəsinin sədri Elşən Səfərov)
23. 10 may 2025-ci il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə "Məhkəmə araşdırmasında prosesual hüququn tətbiqinin aktual
məsələləri" mövzusu üzrə distant formada
təlim. Təlimdə 60 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü
Samir İsayev)
24. 12 may 2025-ci il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə “Vəkilin öz vəzifələrinə hörmət və şərəflə yanaşması” mövzusu üzrə distant
formada təlim. Təlimdə 40 vəkil iştirak edib. (təlimçi: Vəkillərin İntizam
Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin
Əliyev)
25. 13
may 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə “Vəkillərin davranışının əsas prinsipləri” mövzusu
üzrə distant formada təlim. Təlimdə 42 vəkil iştirak edib. (təlimçi:
Vəkillərin İntizam Komissiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri Elvin
Səlimov)
26. 14
may 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə “Vəkilin davranış qaydalarını dəstəkləməsi” mövzusu
üzrə distant formada təlim. Təlimdə 43 vəkil iştirak edib. (təlimçi:
Vəkillərin İntizam Komissiyasının üzvü Ələskər Hüseynli)
27. 15
may 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə “Vəkilin cəmiyyətin vəkilliyə olan inamını
saxlaması və artırması üçün lazımı səy göstərməsi” mövzusu üzrə distant formada
təlim. Təlimdə 51 vəkil iştirak edib. (təlimçi: Vəkillərin İntizam
Komissiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun müdiri Gülşən Salmanova)
28. 24
may 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Avropa İnsan Hüquqları Məhkəməsinin
Azərbaycan Respublikası ilə bağlı qərarları" mövzusu üzrə hibrid formada
təlim. Təlimdə 67 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının
üzvü, “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun müdiri Sevinc Əliyeva)
29. 31
may 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə “İqtisadi sferada cinayətlər” mövzusu üzrə distant
formada təlim. Təlimdə 59 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, hüquq
üzrə fəlsəfə doktoru Həbib Cəfərov)
30. 14
iyun 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə “Xarici dövlətlərin məhkəmə qərarlarının
tanınması və icrası” mövzusu üzrə hibrid formada təlim. Təlimdə 76 vəkil
iştirak edib. (təlimçi: Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, hüquq üzrə
fəlsəfə doktoru, dosent Əlizadə Məmmədov)
31. 21 iyun 2025-ci il tarixində Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "İnzibati icraatda
müddətlər" mövzusu üzrə distant formada təlim. Təlimdə 59 vəkil iştirak
edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev)
32. 28
iyun 2025-ci il tarixində Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə "Əmlak üzərində mülkiyyət hüququ,
daşınmaz əmlakın alqı-satqısı və icarəsi" mövzusu üzrə distant formada
təlim. Təlimdə 56 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının
üzvü, “Alfa” Vəkil Bürosunun müdiri, hüquq üzrə fəlsəfə doktoru Cavid Cəfərov)
33. 03
iyul 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin (02 iyul 2025-ci il tarixindən etibarən Vəkillər Kollegiyası
Akademiyasının adı dəyişdirilərək) təşkilatçılığı ilə “Vəkil etikası və
davranış qaydaları barədə ümumi müddəalar” mövzusu üzrə distant formada təlim.
Təlimdə 32 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası Rəyasət
Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov)
34. 04
iyul 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı ilə “Vəkilin ona müraciət etmiş şəxslərə qarşı
münasibəti” mövzusu üzrə distant formada təlim. Təlimdə 36 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil
Bürosunun müdiri Azər Quliyev)
35. 05
iyul 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı ilə “Evlərin söküntüsü və yaranan problemlərin
məhkəmədə həlli qaydası” mövzusu üzrə hibrid formada təlim. Təlimdə 95 vəkil
iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət
Universiteti Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının
müəllimi Qumru Eyvazova)
36. 12
iyul 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı ilə "İnzibati prosesdə məhkəmə aidiyyətinin
müəyyən edilməsi xüsusiyyətləri" mövzusu üzrə distant formada təlim.
Təlimdə 62 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü, hüquq
elmləri doktoru Asif Qədirov)
37. 19 iyul 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin
təşkilatçılığı ilə "İcra icraatında tələbin əmlaka yönəldilməsində rast
gəlinən bəzi problemlər" mövzusu üzrə distant formada təlim. Təlimdə 65
vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası Vəkillərin İcra hüququ
komitəsinin üzvü, “Universal” Vəkil Bürosunun vəkili Rüstəm Rəhimov)
38. 20
iyul 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt və texnologiyaların hüquqa
təsiri” mövzusu üzrə distant formada təlim. Təlimdə 61 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının və Elektron Vəkil Komitəsinin üzvü, İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyinin hüquqşünası Nurlan Səfərov)
39. 26
iyul 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin
təşkilatçılığı ilə "İnzibati məhkəmə icraatının aktual məsələləri" mövzusu
üzrə əyani formada təlim. Təlimdə 43 vəkil iştirak edib. (təlimçi: Bakı
Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov)
40. 02 avqust 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin
təşkilatçılığı ilə “Korporativ müştərilərə hüquqi yardımın göstərilməsində
beynəlxalq təcrübə” mövzusu üzrə əyani formada təlim. Təlimdə 29 vəkil iştirak
edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov)
41. 09
avqust 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Ailə hüququnun inkişafı:
boşanma, qəyyumluq və aliment məsələləri" mövzusu üzrə əyani formada təlim.
Təlimdə 49 vəkil iştirak edib. (təlimçi: əkillər Kollegiyasının üzvü,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik
Xidmətinin Normativ hüquqi təminat şöbəsinin müdiri, Bakı Dövlət Universiteti
SABAH qruplarının müəllimi Könül Fərəcova)
42. 16
avqust 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qətimkan tədbirlərinin tətbiq
edilməsinin əsasları” mövzusu üzrə distant formada təlim. Təlimdə 122 vəkil
iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional
Vəkil Bürosunun müdiri, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi
Anar Qasımlı)
43. 23
avqust 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Mübahisələrin alternativ
həlli üsullarının hüquqi və etik tərəfləri” mövzusu üzrə distant formada təlim.
Təlimdə 79 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü,
“Legalize Hüquq Şirkəti”nin təsisçi-partnyoru Fuad Qəşəmov)
44. 30
avqust 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Əlavə dəyər vergisi
(ƏDV), onun hesablanması və ödənilməsi qaydası" mövzusu üzrə əyani formada
təlim. Təlimdə 33 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü
Vahid Hacı-zadə)
45. 06
sentyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Müflisləşmə və iflasın hüquqi
əsasları, təcrübə və tətbiq qaydaları” mövzusu üzrə distant formada təlim.
Təlimdə 91 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü, Bakı
şəhəri 24 saylı Vəkil Bürosunun vəkili, Ləğvetmə Agentliyinin direktoru Vüsal Kazımzadə)
46. 13
sentyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Qeyri-kommersiya
qurumlarının dövlət qeydiyyatı; qeydiyyata alınmış qeyri-kommersiya
qurumlarının təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatı"
mövzusu üzrə əyani formada təlim. Təlimdə 41 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü, hüquqi şəxslərin qeydiyyatı məsələləri üzrə
ekspert Aytən Abbasova)
47. 13
sentyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Cəmiyyətdən təcridetmə ilə
əlaqədar olmayan cəzaların icrası xüsusiyyətləri. Ədliyyə Nazirliyi Probasiya
xidmətinin bu sahədə fəaliyyət istiqamətləri” mövzusu üzrə distant formada
təlim. Təlimdə 54 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü
Natiq Əliyev)
48. 20
sentyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Mülki münasibətlərdə iddia
müddətləri” mövzusu üzrə distant formada təlim. Təlimdə 104 vəkil iştirak edib.
(təlimçi: Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun
vəkili Teymur Babayev)
49. 20
sentyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Məhkəmə mübahisələrində
dövlət rüsumu məsələləri” mövzusu üzrə distant formada təlim. Təlimdə 56 vəkil
iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü, "Güvən"
Vəkil Bürosunun vəkili Könül Əliyeva)
50. 24
sentyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Alqı-satqı müqavilələri
sahəsində məhkəmə təcrübəsi” mövzusu üzrə distant formada təlim. Təlimdə 88
vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20
saylı Vəkil Bürosunun vəkili Rubayıl Səfərov)
51. 28
sentyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnzibati
qanunvericilikdə mövcud dəyişikliklər" mövzusu üzrə distant formada təlim.
Təlimdə 94 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü
Vəfadar Piriyev)
52. 01
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə
“İfadə azadlığı və vəkilin etik davranış qaydaları arasında sərhədlərin müəyyən
edilməsi” mövzusu üzrə distant formada təlim. Təlimdə 45 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının
üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov)
53. 03
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkilin sosial şəbəkə
hesabında öz peşəsinin nüfuzunu qoruması” mövzusu üzrə distant formada təlim.
Təlimdə 40 vəkil iştirak edib. (təlimçi: təlimçi: Vəkillərin İntizam
Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin
Əliyev)
54. 04
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Həbslər, dindirilmə
prosedurları və məhkəmə araşdırması" mövzusu üzrə əyani formada təlim.
Təlimdə 53 vəkil iştirak edib. (təlimçi: Vəkillərin İxtisas Komissiyasının
üzvü, ADA Universitetinin müəllimi Fərid Həsənov)
55. 04
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə
"Kassasiya şikayətlərinin elektron qaydada tərtib edilməsi zamanı vəkillər
tərəfindən yol verilən prosessual pozuntuların aradan qaldırılması məqsədilə
prosessual qanunvericilikdə nəzərdə tutulmuş tələblərin izahı" mövzusu
üzrə distant formada təlim. Təlimdə 76 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili
Kamilə Quliyeva)
56. 06
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkillər arasında etimada və
əməkdaşlığa əsaslanan münasibətlər” mövzusu üzrə distant formada təlim. Təlimdə
39 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası Deontologiya
Komitəsinin üzvü Araz Nurməmmədov)
57. 08
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkilin peşə fəaliyyətindən
kənar davranışı zamanı nəzərə alınmalı hallar” mövzusu üzrə distant formada
təlim. Təlimdə 39 vəkil iştirak edib. (təlimçilər: Vəkillər Kollegiyası
Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26
saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov və Vəkillər Kollegiyası Deontologiya
Komitəsinin üzvü Vüsal Cəfərov)
58. 11
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnsan alverinə qarşı
mübarizə" mövzusu üzrə əyani formada təlim. Təlimdə 23 vəkil iştirak edib.
(təlimçi: Vəkillər Kollegiyasının üzvü, "Femida" Vəkil Bürosunun
müdiri Pənah Məmmədov)
59. 11
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İş yerində
diskriminasiya və fərdi əmək mübahisələrinin həlli" mövzusu üzrə distant
formada təlim. Təlimdə 53 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, "Arbitrium" Vəkil Bürosunun vəkili İradə
Hacıyeva)
60. 13
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkillik peşəsinə inamı
sarsıdacaq hərəkət və davranışlar” mövzusu üzrə distant formada təlim. Təlimdə
41 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası Rəyasət
Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov)
61. 15
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkilin göstərdiyi hüquqi
yardımla bağlı ictimaiyyəti məlumatlandırmaq öhdəliyi” mövzusu üzrə distant
formada təlim. Təlimdə 47 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası
İntizam Komissiyasının üzvü, "Mərkəz" Vəkil Bürosunun müdiri Gülşən
Salmanova)
62.
17 oktyabr 2025-ci il
tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə
“Müştəri maraqları ilə peşə nüfuzunu qorumaq öhdəliyi arasında balansın
qorunması” mövzusu üzrə distant formada təlim. Təlimdə 44 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, "Kredo" Vəkil
Bürosunun müdiri Elvin Səlimov)
63.
18 oktyabr 2025-ci il
tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə
"Vəkillik psixologiyası" mövzusu üzrə əyani formada
təlim. Təlimdə 33 vəkil iştirak edib. (təlimçi: Ədliyyə müşaviri, kliniki (tibbi)
psixoloq Vidadi Mayıl)
64. 21
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Etik davranış qaydalarının
pozulması ilə bağlı intizam icraatının xüsusiyyətləri” mövzusu üzrə distant
formada təlim. Təlimdə 48 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü,
“Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli)
65. 23
oktyabr 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin
təşkilatçılığı ilə “Vəkilin vəkilliyin və ədalət mühakiməsinin
inkişafında rolu” mövzusu üzrə distant formada təlim. Təlimdə 43 vəkil iştirak
edib. (təlimçilər: Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri,
İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa
Səfərov və Vəkillər Kollegiyasının üzvü Esmira Tağıyeva)
66.
25 oktyabr 2025-ci il
tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı
ilə "Beynəlxalq əməliyyatlar zamanı vergitutma.
İkiqat vergitutmanın aradan qaldırılması sazişləri" mövzusu üzrə əyani
formada təlim. Təlimdə 34 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, “Acon Tax & Accounting” şirkətinin həmtəsisçisi və
vergi meneceri Könül Bədəlova)
67. 25
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə
“Vəkillər arasında haqsız rəqabət və etik tərəflər” mövzusu üzrə distant
formada təlim. Təlimdə 38 vəkil iştirak edib. (təlimçilər: Vəkillər
Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov və Vəkillər
Kollegiyasının üzvü Zinyət Ağamalıyeva)
68. 26
oktyabr 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı
ilə "Vəkillik bacarıqları" mövzusu üzrə distant formada təlim.
Təlimdə 51 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü Vamiq
Şükürov)
69. 27
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkilin ona müraciət etmiş
şəxsə qarşı etik münasibəti” mövzusu üzrə distant formada təlim. Təlimdə 54
vəkil iştirak edib. (təlimçilər: Vəkillər Kollegiyası İntizam Komissiyasının
və Deontologiya Komitəsinin üzvü Elvin Əliyev və “Presedent” Vəkil Bürosunun
müdiri Zülfiyyə Həşimova)
70. 29
oktyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkilin öz fəaliyyətinin
təbliği zamanı istifadə edəcəyi imkanlar” mövzusu üzrə distant formada təlim.
Təlimdə 51 vəkil iştirak edib. (təlimçilər: Vəkillər Kollegiyası
Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26
saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov və Bakı şəhəri 36 saylı Vəkil
Bürosunun müdiri Ceyhun Bayramov)
71. 01
noyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq Əmək
Təşkilatının təcrübəsi və məhkəmə praktikasında tətbiqi" mövzusu üzrə
əyani formada təlim. Təlimdə 21 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, “Sahibkarların Hüquqi və İqtisadi Maarifləndirməsi” İctimai
Birliyinin sədri, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə
doktoru Fərhad Səttarov)
72. 08
noyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qeyri-həyat sığortasında
hüquqi risklər və peşəkar müdafiə mexanizmləri” mövzusu üzrə distant formada
təlim. Təlimdə 63 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının
üzvü, "Faiq Nağıyev və partnyorları" Vəkil Bürosunun vəkili, Elm və
Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
Abşeron-Xızı Regional Təhsil İdarəsində hüquq məsələləri üzrə baş məsləhətçisi
Səbuhi Paşayev)
73. 08
noyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Hazırki mediasiya
praktikasında vəkillərin üzləşdiyi problemlərin öyrənilməsi və həll yolları”
mövzusu üzrə distant formada təlim. Təlimdə 42 vəkil iştirak edib. (təlimçi:
Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatının direktoru, Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Şahin
Məmmədrzalı)
74. 15
noyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Sığorta
ödənişindən imtinanın hüquqi əsasları və məhkəmə təcrübəsi” mövzusu üzrə əyani
formada təlim. Təlimdə 29 vəkil iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının
üzvü, “Presedent” Vəkil Bürosunun vəkili, Kənd Təsərrüfatı Nazirliyi
tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nın baş hüquqşünası Günay Musayeva)
75.
22 noyabr 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı ilə “Girovun və
ipotekanın yaranması əsasları” mövzusu üzrə distant formada təlim. Təlimdə 70 vəkil
iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil
Bürosunun vəkili, "Bank of Baku" ASC-nin Məhkəmə və icra işləri üzrə
hüquq departamentinin baş hüquqşünası Asif Abdullayev)
76. 22
noyabr 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı ilə “Rəqabət qaydaları. Ümumi baxış” mövzusu üzrə
distant formada təlim. Təlimdə 45 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü, “Veysəloğlu”
Şirkətlər Qrupunun Hüquq və Komplayens direktoru Allahverən Oruclu)
77. 29
noyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Kulturologiya və hüquqi mədəniyyət”
mövzusu üzrə əyani formada təlim. Təlimdə 25 vəkil iştirak edib. (təlimçi:
kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov)
78. 29
noyabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vergi yoxlamaları nəticəsində
yaranan mübahisələr, onların məhkəmə müstəvisində həlli” mövzusu üzrə distant
formada təlim. Təlimdə 81 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyasının üzvü, "Universal" Vəkil Bürosunun müdiri, Odlar Yurdu
Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rahim Əlizadə)
79. 5
dekabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının
hüquqi tənzimlənməsi” mövzusu üzrə distant formada təlim. Təlimdə 49 vəkil
iştirak edib. (təlimçi: Vəkillər Kollegiyasının və Biznes Hüququ Komitəsinin
üzvü Roman Qaraşov)
80. 6
dekabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Narkotik vasitələrinin
qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə vəkilin praktiki vərdişləri”
mövzusu üzrə əyani formada təlim. Təlimdə 36 vəkil iştirak edib. (təlimçi: Vəkillər
Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri
Azər Quliyev)
81. 13
dekabr 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris
Mərkəzinin təşkilatçılığı ilə “Şəxsi məlumatlar və kiberistismar - internet
cinayətləri” mövzusu üzrə əyani formada təlim. Təlimdə 27 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü, “Kibercinayətkarlıq” Komitəsinin sədri, Bakı
Dövlət Universiteti Hüquq fakültəsinin “Hüquq klinikası”nın rəhbəri, hüquq üzrə
fəlsəfə doktoru Asif Mustafayev)
82. 14
dekabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Dövlət satınalmalarına giriş:
satın alan təşkilatlar, təchizatçılar və təchizatçılara dair tənzimlənmələr” mövzusu
üzrə distant formada təlim. Təlimdə 51 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü, “Unico” QSC-nin korporativ baş hüquqşünası Ozal
Xəlilov)
83. 17
dekabr 2025-ci il tarixində Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Torpaq sahələrinə mülkiyyət
hüquqlarının əldə edilməsinin hüquqi əsasları və bu sahədə məhkəmə təcrübəsi” mövzusu
üzrə distant formada təlim. Təlimdə 98 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü, "Azpetrol Ltd" MMC-nin Hüquq şöbəsinin
rəisi Vasif Hüseynov)
84.
20 dekabr 2025-ci il tarixində
Vəkillər Kollegiyası Tədris Mərkəzinin
təşkilatçılığı ilə “İnzibati məhkəmə icraatında nəzəri və praktiki problemlər”
mövzusu üzrə əyani formada təlim. Təlimdə 32 vəkil iştirak edib. (təlimçi:
Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev).
“Vəkildən gənc hüquqşünasa” layihəsi
1. 15
mart 2025-ci il tarixində Vəkillər Kollegiyası Akademiyasının
təşkilatçılığı ilə "Korporativ hüququn əsasları" mövzusu üzrə əyani
formada təlim. Təlimdə 37 gənc hüquqşünas iştirak edib. (təlimçilər:
Vəkillər Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə
İbrahimova və Vəkillər Kollegiyasının üzvü, “General Supply” QSC-nin baş
hüquqşünası Səkinə Əliyeva)
2. 24
may 2025-ci il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə "Birinci instansiya məhkəmə icraatı" mövzusu üzrə əyani formada
təlim. Təlimdə 18 gənc hüquqşünas iştirak edib. (təlimçilər: Vəkillər
Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS
Konsaltinq" şirkətinin rəhbəri Nuridə İbrahimova və Vəkillər
Kollegiyasının üzvü, “Union” Vəkil Bürosunun vəkili, "CSS Konsaltinq"
şirkətinin aparıcı hüquqşünası Səma Əhmədova)
3. 06
sentyabr 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı
ilə "Daşınmaz əmlakla bağlı mübahisələrin xüsusiyyətləri" mövzusu
üzrə əyani formada təlim. Təlimdə 41 gənc hüquqşünas iştirak edib. (təlimçilər:
Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS Konsaltinq"
şirkətinin rəhbəri Nuridə İbrahimova və Vəkillər Kollegiyasının üzvü, “Sirius”
Vəkil Bürosunun vəkili, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Lalə
Məmmədli)
4. 01
noyabr 2025-ci il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı
ilə "Hüquqi şəxsin yenidən təşkili" mövzusu üzrə əyani formada təlim.
Təlimdə 37 gənc hüquqşünas iştirak edib. (təlimçilər: Vəkillər
Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS
Konsaltinq" şirkətinin rəhbəri Nuridə İbrahimova və Vəkillər
Kollegiyasının üzvü, "Ekol" Vəkil Bürosunun vəkili, “Aztelekom”
MMC-nin Korporativ hüquqi tənzimlənmə şöbəsinin müdiri Aysel Şərifova).
BEYNƏLXALQ
ƏMƏKDAŞLIQ
İlk olaraq qeyd etmək
lazımdır ki, 2025-ci il də Vəkillər Kollegiyası (VK) üçün beynəlxalq arenada əlamətdar
il olub. Belə ki, görülən işlərin davamı olaraq, VK üzvü, Kollegiyanın “Gənc Vəkillər”
Komitəsinin həmsədri və Avropa Gənc Vəkillər Assosiasiyasında (EYBA) səlahiyyətli
nümayəndə qismində təmsil olunan Yunis Nəsibov EYBA-nın İcraiyyə Komitəsinə üzv
seçilib. Eyni zamanda 2026-cı ildə EYBA-nın payız konfransının Bakıda keçirilməsi
barədə qərar qəbul edilib ki, bu da Azərbaycan vəkilliyinin beynəlxalq
nüfuzunun artmasının bariz nümunəsidir.
Son 8 il ərzində VK
Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və
Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Beynəlxalq Vəkillər Assosiasiyası
(UIA), Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) kimi nüfuzlu qurumlara üzv qəbul
olunub. 2025-ci ildə də bu təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatının
(BMT) ixtisaslaşmış qurumları və Avropa Şurası ilə əməkdaşlıq əlaqələri davam
etdirilib və daha da möhkəmləndirilib.
Hesabat ilində VK rəhbərliyi
və üzvləri Avstriya, Qırğız Respublikası, İtaliya, Türkiyə, Niderland, Özbəkistan,
Küveyt, Çin, Gürcüstan, Fransa və Rumıniyada keçirilən tədbirlərdə iştirak
edib, vebinar və simpoziumlara onlayn qatılaraq Azərbaycan vəkilliyini layiqincə
təmsil edib. Tədbirlərdə çıxışlar olunub, beynəlxalq təcrübə mübadiləsi
aparılıb. Digər tərəfdən Bakıda təşkil olunan beynəlxalq tədbirlərdə də
Kollegiya rəhbərliyi fəal iştirak edib, xarici qonaqların və vəkillərin ölkəmizə
səfərləri çərçivəsində əməkdaşlıq əlaqələri gücləndirilib.
Qeyd edək ki, hesabat
ili ərzində VK Rəyasət Heyətinə beynəlxalq təşkilatlardan ümumilikdə 71 sənəd daxil olub. Bununla
yanaşı, Kollegiya üzvləri müxtəlif beynəlxalq səfərlərdə, görüşlərdə, eləcə də
təlim və seminar proqramlarında iştirak edərək bilik və təcrübələrini daha da zənginləşdiriblər.
Bu fəaliyyətlər Azərbaycan vəkilliyinin beynəlxalq hüquqi müstəvidə mövqeyini
daha da gücləndirib.
Beləliklə, xronoloji
olaraq qeyd edək ki, fevralın
25-də VK sədri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın
Laksenburq əyalətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına səfər
edib və Akademiyanın rektoru Slagjana Taseva ilə görüş keçirib. Görüş zamanı tərəflər
gələcək qarşılıqlı əməkdaşlıq strategiyalarını müzakirə edərək, vəkillərin peşəkar
inkişafı və təhsilinin dəstəklənməsi istiqamətində konkret addımların atılması
barədə razılığa gəliblər.
Həmçinin səfər çərçivəsində
Avstriyanın paytaxtı Vyana şəhərində CCBE-nin "Mübadilə, əməkdaşlıq və dəstək
platforması" (PECO) Komitəsinin fevralın 26-da növbəti iclası keçirilib.
Kollegiyanın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti iclasda
iştirak edib və son illər VK-da görülən işlər barədə məlumat verilib.
Fevralın 27-də isə nümayəndə
heyəti Vyana səfəri çərçivəsində CCBE-nin Daimi Komitələrinin iclaslarında
iştirak edib. İclas zamanı Komitə üzvləri gündəlikdə olan və səsverməyə
çıxarılan məsələlərlə bağlı müzakirələr aparıb və sözügedən təşkilatın gələcək
fəaliyyət istiqamətlərinə dair qərarlar qəbul ediblər.
Bir gün sonra -
fevralın 28-də isə Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə
heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər
Kollegiyaları rəhbərlərinin 53-cü konfransında iştirak edib. Konfrans çərçivəsində
iştirakçılar Avstriya Federal Kanslerinin və Avstriya federal ədliyyə nazirinin
qəbulunda olublar.
Bundan başqa, 28
fevral-02 mart tarixlərində VK-nın nümayəndə heyəti - Kollegiyanın sədr müavini
Aydın Axundov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Qırğız
Respublikası Vəkillər Kollegiyasının dəvəti ilə Qırğız Respublikası vəkilliyinin
100 illiyinə həsr olunan yubiley tədbirlərində iştirak etmək üçün bu ölkədə rəsmi
səfərdə olub. Ziyafət zamanı çıxış edən VK-nın sədr müavini Aydın Axundov
Qırğız Respublikası vəkillərini salamlayıb, xoş arzularını çatdırıb və dəvət
üçün təşəkkürünü bildirib.
20-23 mart tarixlərində
İtaliyanın paytaxtı Roma şəhərində EYBA-nın təşkilatçılığı və İtaliya Gənc Vəkillər
Assosiasiyasının dəstəyi ilə növbəti geniş miqyaslı beynəlxalq yaz konfransı
keçirilib. Sözügedən konfransa VK-nın EYBA-da səlahiyyətli nümayəndəsi Yunis Nəsibov
və Kollegiyanın üzvü Nurəngiz Qarayeva qatılıb.
Aprelin 24-25 tarixlərində
isə VK sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovun rəhbərlik
etdiyi nümayəndə heyəti Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül
Universitetinin dəvəti ilə “Ətraf mühit hüququnun müasir problemləri”
mövzusunda keçirilən beynəlxalq konqresdə iştirak edib. 15-dən çox ölkədən
hüquqşünas alimlərin, vəkillərin iştirak etdiyi beynəlxalq tədbirə Kollegiyanın
sədri Anar Bağırovla yanaşı, VK Vəkillərin İxtisas Komissiyasının sədri
professor Turqay Hüseynov və Aparat rəhbərinin müavini Səttar Məmmədov da
qatılıb.
Eyni zamanda 24-26
aprel tarixlərində Türkiyənin Balıkesir Universiteti və İstanbul Universiteti,
Vəkillər Kollegiyası Akademiyası (indiki adı VK Tədris Mərkəzi), Bakı Dövlət
Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Buxara Dövlət
Universiteti, Gülüstan Dövlət Universiteti, Daşkənd İqtisadiyyat Universiteti,
Əl-Fərabi Qazax Milli Universiteti, Qazaxıstan Milli Aqrar Universitetinin təşkilatçılığı
ilə “Stratejik Bir Alan Olarak İdare Hukukunda Tarım Faaliyeti ve Doğal
Çevrenin Korunması” mövzusunda “5. İdare Hukuku ve İdari Yargı Uluslararası
Sempozyumu” (ISALAJ-2025) təşkil olunub. 20-dən çox ölkənin nümayəndəsinin,
alim və tədqiqatçıların qatıldığı tədbirdə VK Akademiyası təşkilatçılardan biri
olaraq iştirak edib və simpoziumda istər əyani, istərsə də, onlayn formada Kollegiyanın
üzvləri tezislərlə çıxış ediblər.
29-30 may tarixlərində isə
VK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan
Respublikası Vəkillər Palatasının dəvəti ilə sözügedən ölkənin paytaxtı Daşkənd
şəhərində keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV Beynəlxalq Hüquq Forumunda
iştirak edib. Tədbirdə çıxış edən Anar
Bağırov Azərbaycanda vəkillik fəaliyyətində tətbiq olunan bir sıra innovativ
yanaşmalar və rəqəmsal halları diqqətə çatdırıb.
Bundan başqa, hesabat
ili çərçivəsində Niderlandın paytaxtı Amsterdam şəhərində EYBA-nın təşkilatçılığı
ilə növbəti beynəlxalq konfransı və sözügedən təşkilatın İllik Ümumi Yığıncağı
keçirilib. Kollegiyanın üzvü, VK-nın “Gənc Vəkillər” Komitəsinin həmsədri, Kollegiyanın
EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibovun qatıldığı tədbirdə 2026-cı
ildə EYBA-nın payız konfransının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul
edilib. Həmçinin səsverməyə görə, Yunis Nəsibov EYBA-nın İcraiyyə Komitəsinə
üzv seçilib.
Avqustun 26-da isə Özbəkistan
Respublikasının Vəkillər Kollegiyası və sözügedən Kollegiyanın Qadın Vəkillər
Alyansının təşkilatçılığı ilə “Qadın vəkillərin hüquq cəmiyyətində rolu və təsiri”
mövzusunda forum keçirilib. Hibrid formatında baş tutan tədbirə VK Rəyasət Heyətinin
üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova onlayn formada
qoşulub və çıxış edib.
Həmçinin hesabat ilində
Kollegiyasının sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun İstanbul
Universiteti Hüquq fakültəsi tərəfindən nəşr olunan “İstanbul Hukuk Mecmuası”
elmi jurnalının 2025, №2 sayının, 83-cü cildində “Adli yardım hakkı ile bilgi
edinme hakkı arasındaki etkileşim: Hukuk teknolojisinin sağladığı fırsatlar”
adlı məqaləsi dərc olunub.
Eyni zamanda oktyabrın 12-də
Vyetnamın Hanoy şəhərində LAWASIA tərəfindən təşkil edilən 38-ci beynəlxalq
konfrans keçirilib. Tədbirdə VK sədri Anar Bağırov “İnsan resurslarının
inkişafı: Sərhədlərarası “Bir Kəmər - Bir Yol” layihələrində hüquqi
bacarıqların formalaşdırılması” mövzusunda videoformatda çıxış edib.
25 oktyabr tarixində isə
Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı
ilə “Azərbaycan Arbitraj Günləri 2025” çərçivəsində beynəlxalq konfransın
ikinci günü keçirilib. 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı
mütəxəssis, hüquqşünas və dövlət rəsmilərinin qatıldığı tədbirin ikinci günündə
Kollegiya sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Bundan başqa, 28-29
oktyabr tarixlərində “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində
Məhkəmə-Hüquq Şurasının, ədliyyə və xarici işlər nazirliklərinin, Vəkillər
Kollegiyasının və Mediasiya Şurasının nümayəndələrindən ibarət heyət
Portuqaliyada səfərdə olublar. Tədbirdə VK Rəyasət Heyətinin üzvü, Bakı şəhəri
20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova da iştirak edib.
Oktyabrın 30-da isə
Küveytin paytaxtı Əl-Küveyt şəhərində Küveyt Vəkillər Kollegiyasının təşkilatçılığı
ilə "Gələcəyə istiqamət verən baxış" adlı beynəlxalq konfrans
keçirilib. Tədbirdə VK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru
Şahmar Məmmədov iştirak edərək çıxış edib.
Həmçinin oktyabrın 29-31-də
Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Kaşı şəhərində “Çin
(Kaşı) Mərkəzi və Cənubi Asiya – Hüququn aliliyi 2025” adlı beynəlxalq forum
keçirilib. Tədbirdə Kollegiyanı qurumun Rəyasət Heyətinin üzvü Elçin Usub və
VK-nın Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Gözəl Hüseynzadə təmsil ediblər.
Bundan əlavə, noyabrın
4-də VK-nın inzibati binasında Türkiyənin Eskişehir Barosunun rəhbəri Barış
Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş
sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlayaraq Azərbaycan
ilə Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin hüquq
sahəsində də getdikcə möhkəmləndiyini vurğulayıb.
8-9 noyabr tarixlərində
isə VK sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər
Kollegiyasının (GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş
“Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya – Hüququn
aliliyinin qorunması üçün səmərəli vasitə” mövzusunda keçirilən beynəlxalq
konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində
rəsmi səfərdə olub. Konfransda VK sədri Anar Bağırov “Vəkillik peşəsinin müstəqilliyinin
və keyfiyyətli ədalət mühakiməsinin təmin edilməsində özünüidarə edən Vəkillər
kollegiyalarının rolu” mövzusunda çıxış edib.
Eyni zamanda 26-28
noyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində CCBE-nin plenar iclası və
PECO-nun tədbiri keçirilib. İclas və tədbirdə VK-nı Rəyasət Heyətinin üzvü
Elçin Usub təmsil edib.
Dekabrın 11-13-də VK sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti
Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest
şəhərində rəsmi səfərdə olub. Səfərin ilk günü nümayəndə heyəti Buxarestin Tey
Parkında ucaldılmış müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın
dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin
önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və dərin
hörmətlə anılıb. Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə
Nazirliyində görüş keçirib. Görüşdə Rumıniyanın Ədliyyə Nazirliyinin Dövlət
katibi Roksana Simona Momeu və Kollegiya sədri Anar Bağırov çıxış edib. Kollegiyanın
sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın bu ölkədəki
səfirliyini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti səfirliyin heyəti ilə
görüşüb, iş şəraiti ilə maraqlanıb. VK sədri Anar Bağırovun rəhbərlik etdiyi
nümayəndə heyəti dekabrın 12-də RVK-nın İllik Konfransında iştirak edib, habelə
iki qurum arasında geniş tərkibdə görüş keçirilib.
Dekabrın 18-də isə Sumqayıt Regional Vəkil Bürosunun nümayəndə heyəti
Türkiyənin Eskişehir Barosunun dəvəti ilə Eskişehir şəhərində səfərdə olublar. Səfər
çərçivəsində Sumqayıt Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun
qardaşlaşmış büro elan edilməsi barədə protokol imzalanıb.
Beynəlxalq əməkdaşlıq çərçivəsində
keçirilən təlimlər və seminarlar
25-26 fevral tarixlərində
VK ilə Avropa Şurasının Bakıdakı Ofisinin birgə əməkdaşlığı ilə Şuranın
2022-2025-ci illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının tərkib hissəsi olan
"Azərbaycanda media peşəkarlığı və informasiya azadlığının təşviqi"
layihəsi çərçivəsində Kollegiya üzvləri üçün əyani formada informasiya əldə etmək
standartları üzrə 2 günlük təlim keçirilib. Avropa Şurasının eksperti Nevena
Ruzic tərəfindən aparılan təlimdə VK-nın 25 üzvü iştirak edib.
Son 8 il ərzində vəkillik
institutunun inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlar, qəbul
olunan qərarlar və ardıcıl tədbirlər nəticəsində Azərbaycan Respublikasında vəkilliyin
nüfuzu daha da möhkəmlənib, vəkillərin fəaliyyət imkanları genişlənib, cəmiyyətin
hüquqi müdafiə mexanizmlərinə etimadı artıb.
Bu müddət ərzində VK vəkillərin
peşəkarlığının artırılması, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, şəffaflıq
və hesabatlılığın təmin edilməsi, beynəlxalq təcrübənin tətbiqi, həmçinin gənc
hüquqşünasların bu sahəyə cəlb olunması istiqamətində mühüm addımlar atıb.
Gələcək dövrdə VK öz
strateji məqsədlərinə sadiq qalaraq, vətəndaşlara göstərilən hüquqi yardımın
keyfiyyətinin daha da yüksəldilməsi, vəkillərin peşə fəaliyyətinin təkmilləşdirilməsi,
beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və innovativ texnologiyaların tətbiqi
istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Eyni zamanda Kollegiya
cəmiyyətin hüquqi maarifləndirilməsi, gənc vəkillərin inkişafı, peşə etikası və
sosial məsuliyyət prinsiplərinin möhkəmləndirilməsi sahəsində yeni təşəbbüslərin
həyata keçirilməsini planlaşdırır.
Sonda bildirmək istərdik ki, yuxarıda qeyd olunanların davamı kimi, VK hər zaman öz missiyasına sadiq qalmaqla, vətəndaşlara xidmət və qanunların keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.





















































