“Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində Bakı şəhəri
11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar hüquqi xidmətlər
göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin tərtibində praktiki
dəstək təqdim olunub, müraciətlərin hüquqi qiymətləndirilməsi aparılıb və ailə,
əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər kimi mövzular üzrə
məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi
Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı
vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi
savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait
yaratmaqdır.
Təşəbbüsə qoşulduğu üçün Vəkillər Kollegiyasına və Binəqədi Rayon İcra Hakimiyyətinə minnətdarlıq ifadə edilib.








