“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı yayımlanıb.
Layihənin budəfəki qonaq Vəkillər
Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri
Ramiz İbrahimov olub.
O, müsahibəsi zamanı hüquqi
fəaliyyətində qarşılaşdığı yaddaqalan hadisələrdən, peşə həyatında üzləşdiyi çətinliklərdən,
həmçinin vəkillik peşəsinin cəmiyyət üçün daşıdığı vacib rol və əhəmiyyətli
missiyadan danışıb.
Veriliş boyu qonağa hüquq
sahəsi ilə bağlı aktual məsələlər, vəkil peşəsinin əsas prinsipləri, insanları
müdafiə etməyin çətinlikləri, hakimlərlə münasibətlər, peşəkar təcrübə və cəmiyyət
qarşısında vəkillərin rolu kimi mövzular əhatəli şəkildə təqdim olunub.
Eyni zamanda Ramiz
İbrahimov peşəkar vəkil necə olmalıdır, vəkillik peşəsinin özəlliyi nədir,
insanları müdafiə etmək çətin iş hesab oluna bilərmi, vəkil davranışında nəyə
önəm verməlidir, peşəkar vəkil üçün əxlaq önəmlidirmi, vəkilliyin inkişafı sizi
qane edirmi, vəkilin öz biliyini mütəmadi olaraq artırması zəruridirmi, vəkil-hakim
münasibətləri necə qurulmalıdır suallarını cavablandırıb, habelə gənc vəkillərə
tövsiyələr edib.
“Vəkil davranışında həmişə
səbirli və təmkinli olmalıdır. Buna ən çox önəm verirəm. Eyni zamanda vəkil
davranışında müstəqil olmalıdır. Müqavilə bağladığı şəxsdən başqa heç kəs vəkilə
göstəriş və təzyiq edə bilməz. Bu bizim qanunumuzda da qeyd edilib”, - deyə vəkil
bildirib.