2026-cı il fevralın 14-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Peşəkar vəkil taktikası: praktik bacarıqlar” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə
toxunub. Həmçinin Vəkillər Kollegiyası üzvlərinin ümumrespublika konfransında
müzakirəyə çıxarılaraq qəbul edilmiş vəkillərin il ərzində iştirak etməli
olduğu icbari tədris tədbirlərinin minimal saatı ilə bağlı məsələlər barədə məlumat
verilib.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı iş
üzrə risklərin qiymətləndirilməsi strategiyaları, prosessual taktika, hüquqi
planlaşdırma, müdafiə mövqeyinin formalaşdırılması üsulları, o cümlədən
sübutların təhlili, müdafiə strategiyasının qurulması və digər əlaqəli məsələlər
üzrə ətraflı çıxış edib.
İnteraktiv formada davam
edən təlimdə müxtəlif praktiki məsələlər və kazuslar birgə müzakirə olunub.
Əyani qaydada təşkil olunmuş təlimdə Vəkillər Kollegiyasının 55 üzvü iştirak edib.







