“Regional İnkişaf” İctimai
Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Vəkillər
Kollegiyası tərəfindən, Şabran Rayon İcra Hakimiyyəti və Şabran rayon Heydər
Əliyev Mərkəzinin dəstəyi ilə Şabran rayon Heydər Əliyev Mərkəzində səyyar hüquqi
yardım aksiyası keçirilib.
Aksiya çərçivəsində Vəkillər
Kollegiyasının üzvləri, “Arbitrium” Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara
səyyar hüquqi xidmətlər göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin
tərtibində praktiki dəstək təqdim olunub, müraciətlərin hüquqi qiymətləndirilməsi
aparılıb və ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər
kimi mövzular üzrə məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi
Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı
vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi
savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait
yaratmaq olub.
Təşəbbüsə qoşulduğu üçün
Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, Şabran Rayon İcra Hakimiyyətinə
və Şabran rayon Heydər Əliyev Mərkəzinə minnətdarlıq ifadə edilib.








