Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Əmək münasibətlərində həmkarlar ittifaqlarının rolu və kollektiv hüquqi tənzimləmə mexanizmləri” mövzusunda təlim təşkil olunub

16 fevral 2026    484 share share

2026-cı il fevralın 14-də “Əmək münasibətlərində həmkarlar ittifaqlarının rolu və kollektiv hüquqi tənzimləmə mexanizmləri (kollektiv saziş və kollektiv müqavilə)” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı barədə çıxış edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, "Faiq Nağıyev və partnyorları" Vəkil Bürosunun vəkili Fidan Axundova əmək münasibətlərində həmkarlar ittifaqlarının rolu, sosial tərəfdaşlıq, kollektiv danışıqların aparılması qaydası, kollektiv müqavilənin məzmunu, əmək mübahisələrinin kollektiv həlli mexanizmləri və mövzu üzrə müxtəlif praktiki məsələlər barədə ətraflı məlumat verib.

Sonda təlimçi tərəfindən vəkilləri mövzu üzrə maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 88 vəkil iştirak edib.