17 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Şurasının Kibercinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə "CyberEast+" birgə layihəsi çərçivəsində Kibercinayətkarlıq və elektron sübutlar üzrə vəkillər üçün HELP təlim kursuna start verilib.
Təlim kursunun ilk günündə
açılış nitqi ilə çıxış edən Avropa Şurası Azərbaycan nümayəndəliyinin nümayəndəsi
Ana Vlad iştirakçıları təlim kursunun vəkillərin praktiki fəaliyyətindəki
rolundan danışıb və Avropa Şurası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığın
beynəlxalq təcrübənin paylaşılması baxımından olduqca müsbət və səmərəli
olduğunu qeyd edib.
Çıxış edən Kollegiyanın Tədris
Mərkəzinin direktoru Əmir Əliyev iştirakçıları VK Rəyasət Heyətinin sədri Anar
Bağırovun adından salamlayıb və təlim kursunun işinə müvəffəqiyyətlər arzu
edib.
Qeyd olunub ki, təlim
kursunun mövzusu müasir dövrdə vəkillərin praktiki fəaliyyətində xüsusi
aktuallıq daşıyır və kibercinayətkarlıqla bağlı işlərin artması şəraitində peşəkar
biliklərin davamlı təkmilləşdirilməsi zəruridir. Bildirilib ki, elektron
sübutların toplanması, təqdim edilməsi və qiymətləndirilməsi insan hüquqlarının
qorunması və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Beynəlxalq standartların, o cümlədən Budapeşt Konvensiyasının müddəalarının
düzgün tətbiqi müdafiə strategiyasının effektivliyini artırır.
Əsas məqsədi Azərbaycan
Respublikasında cinayət işləri sahəsində fəaliyyət göstərən vəkillərin
kibercinayətkarlıq və elektron sübutlarla bağlı bilik və bacarıqlarının
artırılması, xüsusilə Budapeşt Konvensiyasının maddi və prosessual müddəalarının
tətbiqi, insan hüquqlarının qorunması və ədalətli məhkəmə araşdırmasının təmin
edilməsi sahəsində potensialın gücləndirilməsi olan 3 günlük təlim kursu 17-19
fevral tarixlərində keçiriləcəkdir.
Təlim kursu müddətində VK-nın 35 üzvü iştirak edəcəkdir.

