Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə hüquqi yardım göstərilməsi barədə elektron müqavilədə yeni funksionallıqlar izah olunub

23 fevral 2026    409 share share

21 fevral 2026-cı il tarixində müasir elektron hüquqi yardım müqavilələrində tətbiq edilən yeni funksionallıqların izah olunması məqsədilə Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Hüquqi yardım göstərilməsi barədə elektron müqavilədə yeni funksionallıqlar” mövzusunda distant qaydada qısamüddətli təlim təşkil olunub.

Açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və mövzunun praktiki əhəmiyyəti barədə məqamları bildirib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri Nihad Əliyev hüquqi yardım göstərilməsi barədə elektron müqavilənin hüquqi mahiyyəti, elektron müqavilələrin bağlanmasının normativ-hüquqi əsasları, xüsusən elektron müqavilələrdə tətbiq olunan yeni funksionallıqlar barədə ətraflı məlumat verib.

Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 121 vəkil iştirak edib.