Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Yevlaxda vəkillər səyyar hüquqi yardım aksiyasında iştirak edib

23 fevral 2026    355 share share

“Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı, Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yevlax Gənclər Məkanında səyyar hüquqi yardım aksiyası keçirilib.

Aksiya çərçivəsində Yevlax rayon Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar hüquqi xidmətlər göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin tərtibində praktiki dəstək təqdim olunub, müraciətlərin hüquqi qiymətləndirilməsi aparılıb və ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər kimi mövzular üzrə məlumat verilib.

Qeyd edək ki, layihənin məqsədi Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait yaratmaq olub.