Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq cari il ərzində azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi və maarifləndirmə işi davam etdirilir.
Növbəti dəfə “Qanunçuluq” Vəkil Bürosunun vəkilləri 2 saylı və “Zəfər” Vəkil Bürosunun vəkilləri isə 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən ümumilikdə 50 nəfərə yaxın məhkumun müraciətini dinləyən vəkillər tərəfindən onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.







