28 fevral 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Advanced Business Law Training: Franchising, Private Equity & Venture Capital” mövzusunda əyani qaydada təlim keçirilib.
Təlimdə Vəkillər
Kollegiyasının üzvü, “MONTEFORTIS ADVISORY” şirkətinin direktoru, Bakı Mühəndislik
Universitetinin və Xəzər Universitetinin “Biznes hüququ” üzrə müəllimi Bəhruz
Orucov françayzinq müqavilələrinin hüquqi tənzimlənməsi mexanizmləri, beynəlxalq
françayzinq müqavilələrində tətbiq olunan hüquq seçimi, korporativ idarəetmə və
öhdəliklər, investisiya müqavilələrinin hazırlanması, investisiya layihələrində
hüquqi risklərin müəyyən edilməsi məsələləri üzrə geniş təqdimatla çıxış edib.
İnteraktiv təlimdə
iştirakçıları maraqlandıran müxtəlif suallar birgə müzakirə edilib.
Əyani qaydada təşkil olunmuş təlimdə 23 nəfər iştirak edib.