Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “İnzibati icraatda işin hallarının araşdırılması, maraqlı şəxsin iştirakının təmin edilməsi ilə bağlı problemlər” mövzusunda təlim təşkil olunub

02 mart 2026    386 share share

2026-cı il fevralın 28-də “İnzibati icraatda işin hallarının araşdırılması, maraqlı şəxsin iştirakının təmin edilməsi ilə bağlı problemlər” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı barədə çıxış edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, inzibati prosessual hüquq üzrə mütəxəssis Vəfadar Piriyev inzibati icraatda işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılması prinsipi, dinlənilmə hüququnun təmin edilməsi, inzibati icraatda qərəzsizlik və obyektivlik, inzibati icraatda prosessual müddətlərə riayət olunması, maraqların balanslaşdırılması və mövzu üzrə digər praktiki məsələlər haqqında ətraflı məlumat verib.

Təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini vəkillərlə bölüşüb və sonda təlimçi tərəfindən vəkilləri mövzu üzrə maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 218 vəkil iştirak edib.