Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 07.05.2026-cı il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.
İmtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd
qəbulunun 27.04.2026-cı il tarixədək davam edəcəyi nəzərə
alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən,
ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər
27.04.2026-cı il tarixədək “Şəxsi kabinet” vasitəsilə ödənişi
həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış
vərəqəsini əldə edə bilməyəcəklər.
Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına
namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən
imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin
elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri
xahiş olunur.
Eyni zamanda namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1
saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında
yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və
buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron
(https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron
qeydiyyatdan keçmiş şəxslər 27.04.2026-cı ilə tarixədək ödəniş edə
və ya elektron müraciətlərini təxirə sala bilərlər.