Martın 2-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənəd tədris, təlim və elmi-tədqiqat sahələrində əməkdaşlığın
genişləndirilməsi, hüquq sahəsində peşəkar potensialın gücləndirilməsi və
qarşılıqlı fəaliyyətin sistemli əsasda qurulmasını nəzərdə tutur.
Memorandumun imzalanması mərasimində Baş Prokurorluğun Elm-Tədris
Mərkəzinin rəisi Fazil Həsənəliyev, rəis müavini Səbuhi Şahverdiyev və şöbə rəisi
Nigar Qələndəli, eləcə də Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Rəyasət
Heyətinin üzvü İlhamə Həsənova və Tədris Mərkəzinin rəhbəri Əmir Əliyev iştirak
ediblər.
Memoranduma uyğun olaraq, tərəflər hüquq sahəsində bilik və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəklər.



