Martın 3-də Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində elmi məqalələr dərc edən jurnalların mövcud vəziyyətini əks etdirən üçüncü Monitorinq Hesabatını hüquq ictimaiyyətinə təqdim edib.
Hesabat ümumilikdə 764 hüquqşünas, eləcə də 19 hüquq jurnal arasında
keçirilmiş onlayn sorğunun nəticələri əsasında hazırlanıb.
Təqdimatda İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə
bildirib ki, monitorinq hesabatının hazırlanması üçün sorğu artıq üç ildir
keçirilir. Sorğunun nəticələrinə görə, ən çox oxunan "Polis Akademiyasının
Elmi xəbərləri" jurnalı (40.4%), "Azərbaycan Vəkili" hüquq
jurnalı (39.9%), "Qanun" jurnalı (22.4%), "Azərbaycan Hüquq
jurnalı" (23.6%) və "Azərbaycan prokurorluğu" jurnalının (20.7%)
ilk beşlikdə qərarlaşdıqları diqqətə çatdırılıb.
Qeyd edək ki, ötən illərdə jurnalların keyfiyyət göstəricilərinin
artırılması məqsədilə İnstitut tərəfindən "Hüquq sahəsində elmi məqalələrin
tərtib olunmasına dair Qaydalar" hazırlanmış və son 5 ildə hüquq
jurnallarında dərc edilən məqalələrin vahid axtarış bazası yaradılmışdır.
Bu baxımdan, təqdim olunan hesabatın hüquq jurnallarının keyfiyyət
göstəricilərinin artırılmasına, elmi məqalələrin hazırlanması və dərc olunması
prosesinin təkmilləşdirilməsinə töhfə verəcəyi, o cümlədən elmi fəaliyyətin
daha da stimullaşdırılmasına müsbət təsir göstərəcəyi gözlənilir.
Monitorinq hesabatı ilə ətraflı tanış ola bilərsiniz:

