Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni İntellekt Savadlılığı” proqramında iştirak ediblər.
Təlim zamanı iştirakçılara hüquq sahəsində
tətbiq oluna bilən süni intellekt həlləri həm nəzəri, həm də praktiki formada təqdim
edilib.
Proqram çərçivəsində müxtəlif alətlər nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.




