Məlum olduğu kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəkillik fəaliyyətinin statistikasının aparılması Vəkillər Kollegiyasının Rəyasət Heyətinin (VK) səlahiyyətlərinə aiddir. Həmin normanın tələblərinə uyğun olaraq VK tərəfindən vəkillik fəaliyyətinin sistemli şəkildə qiymətləndirilməsi, hüquqi yardımın əlçatanlığının və keyfiyyət göstəricilərinin təhlili həyata keçirilir.
Kollegiyanın Rəyasət Heyətinin
20 avqust 2025-ci il tarixli iclasında "Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət
göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə" statistik
hesabatın vahid forması yeni redaksiyada təsdiq edilmiş, müvafiq olaraq yarımillik
statistik hesabatın iyul ayının 31-dək, illik statistik hesabatın isə növbəti
ilin yanvar ayının 31-dək Rəyasət Heyətinə təqdim edilməsi qərara alınmışdır. Vəkil
qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən yarımillik və
illik statistik hesabatlar təqdim edilib və 2025-ci il üzrə vəkillik fəaliyyətinin
statistik hesabatı ümumiləşdirilib.
Qanunun aliliyi, şəffaflıq
və hesabatlılıq prinsiplərini rəhbər tutaraq, VK tərəfindən hazırlanan statistik
hesabatı ictimaiyyətə təqdim edirik:
Aparılmış təhlil nəticəsində
müəyyən edilib ki, VK-nın tərkibində 144 Vəkil Bürosunda 2 676 vəkil, fərdi
qaydada isə 150 vəkil fəaliyyət göstərir.
Hesabat
dövründə 71 038 fiziki və 13 856 hüquqi şəxslə
ümumilikdə 84 894 müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə fiziki şəxslər tərəfindən
22 083 185,94 manat, hüquqi şəxslər tərəfindən isə 5
090 268,89 manat olmaqla, ümumilikdə 27 173 454,83 manat məbləğində
vəsait ödənilib.
Eyni zamanda digər ödənişli əsaslarla
(məsləhətlərin verilməsi, prosessual sənədlərin hazırlanması və s.) 13
469 fiziki və 1 770 hüquqi şəxs olmaqla,
ümumilikdə 15 239 şəxsə hüquqi yardım göstərilib. Bununla
yanaşı, 10 521 aztəminatlı şəxs ödənişsiz hüquqi yardımla təmin
olunub.
Bundan əlavə, dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə əlaqədar icrası təmin edilən qərarlar üzrə vəkillərə ümumilikdə 5 999 874,51 manat məbləğində ödəniş həyata keçirilib.
|
Sıra nömrəsi |
Göstərilmiş
hüquqi yardımın məzmunu |
Göstərilmiş
hüquqi yardımın sayı |
Bağlanmış
müqavilələr üzrə ödənilmiş məbləğ (manatla) |
Dövlət
büdcəsinin vəsaiti hesabına ödənilmiş məbləğ |
|
1. |
Hesabat
dövründə bağlanılmış müqavilələrin sayı
|
84 894 |
27 173 454,83 |
|
|
2. |
Dövlət hesabına hüquqi yardım göstərilməsi
ilə əlaqədar istintaq orqanları və məhkəmələrdən daxil olmuş qərarlar
|
56 224 |
|
|
|
2.1. |
Hesabatdan çıxarışın 2-ci sırasında
göstərilən qərarların icrası üzrə 2025-ci ildə vəkillərə edilmiş ödəniş |
34 073 |
|
5 999 874,51 |
|
3. |
Digər
ödənişli hüquqi yardım göstərilmişdir (məsləhət, prosessual sənədlərin
hazırlanması və s.) |
15 239 |
|
|
|
4. |
Aztəminatlı
şəxslərə göstərilmiş ödənişsiz hüquqi
yardım |
10 521 |
|
|
|
5. |
Cinayət
təqibi üzrə məhkəməyədək icraatda (İbtidai istintaq və ya təhqiqatda) göstərilmiş hüquqi yardım |
30 296 |
|
|
|
6. |
İnzibati
xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlarda göstərilmiş hüquqi
yardım |
1 151 |
|
|
|
7. |
Konstitusiya
məhkəməsində göstərilmiş hüquqi yardım |
80 |
|
|
|
8. |
Avropa
İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq təşkilatlarda hüquqi yardım göstərilmişdir |
21 |
|
|
|
9. |
Birinci-
apellyasiya instansiyası məhkəmələrində və kassasiya instansiyası məhkəməsində göstərilmiş hüquqi yardım
|
109
715 |
|
|
|
10. |
Məhkəmələrdə
baxılmış işlərin növü üzrə göstərilmiş hüquqi yardım
|
|
|
|
|
1.
Cinayət təqibi üzrə icraatda |
42
212 |
|
|
|
|
2.
İnzibati xətalara dair işlər üzrə icraatda |
6
360 |
|
|
|
|
3.
Mülki işlər və kommersiya mübahisələri
üzrə icraatda |
46
500 |
|
|
|
|
4.
İnzibati mübahisələrə dair işlər üzrə icraatda |
14
643 |
|
|