Məlum olduğu kimi, Vəkillər Kollegiyası öz üzvlərinin sosial təminatı yaxşılaşdırılması və onların peşə fəaliyyətlərinə dəstək verilməsi üzrə təşəbbüslər həyata keçirməkdə və bu istiqamətdə respublikamızda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməkdədir.
Qeyd olunmalıdır ki, bu çərçivədə bu gün Bakcell şirkətinin rəsmisi cənab Fuad Xəlilovla Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun işitrakı ilə əməkdaşlıq sazişi bağlanmışdır.
Əldə olunmuş razılığa əsasən, artıq Vəkillər Kollegiyasının bütün üzvləri Bakcell şirkətinin aşağıda göstərilən paketləri üzrə korporativ nömrələr əldə edə biləcəklər. Həmin paketlər üzrə vəkillər endirimli şərtlərlə ölkədaxili zənglərdən yararlana biləcəklər. Eyni zamanda vəkillər öz ailə üzvləri üçün də analoji nömrələr əldə edə bilərlər.
Kollegiya tərəfindən vəkillər üçün telefon nömərlərinin əldə olunması işinin təşkili məqsədilə kurator qismində Rəyasət Heyətinin aparatının əməkdaşı Həmid Əhmədov müəyyən olunmuşdur ki, onunla əlaqə saxlamaq üçün həftə içi iş günü ərzində +994 12 594 14 95 telefonu vasitəsilə əlaqə yaradıla bilər.
Qeyd olunmalıdır ki, bu kimi kampaniyaların arxasında hər hansı kommersiya maraqları güdülmür və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bundan sonra da öz üzvlərinin rifah səviyyələrinin yüksəldilməsinə cüzi də olsa dəstək verilməsi istiqamətində öz səylərini əsirgəməyəcəkdir.
Analoji tədbir qismində bundan əvvəl də vəkillərin "vəkil keysi" (çantası) ilə təmin edilməsi və onlar üçün endirimli dəftərxana ləvazimatlarının alınması məqəsdilə Antaris şirkət ilə də razılıq əldə olunmuşdu.
Bakcell şirkəti ilə əlaqələrin qurulmasına görə Kollegiyanın üzvü Tural Əhmədova VKRH adından öz təşəkkürümüzü bildiririk!