“Regional İnkişaf”
İctimai Birliyi və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı,
Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Balakən Gənclər Evində səyyar
hüquqi yardım aksiyası keçirilib.
Aksiya çərçivəsində
Balakən rayon Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar hüquqi
yardım göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin
hazırlanmasında dəstək göstərilib, müraciətlər hüquqi baxımdan qiymətləndirilib.
Eyni zamanda vətəndaşlara
ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər üzrə hüquqi məsləhətlər
verilib.
Qeyd edək ki, layihənin
məqsədi Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı
olan aztəminatlı vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi,
onların hüquqi savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə
şərait yaratmaq olub.







