Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 07.05.2026-cı il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.
İmtahanda iştirak etmək
niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 27.04.2026-cı il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin
elektron qaydada müraciəti təsdiq
edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər 27.04.2026-cı il tarixədək “Şəxsi kabinet” vasitəsilə ödənişi həyata
keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini
əldə edə bilməyəcəklər.
Qeyd olunmalıdır ki,
keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə
buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini
imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri
xahiş olunur.
Eyni zamanda namizədlərdən
müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl
imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50
ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə
yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilir
ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login)
qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər
27.04.2026-cı il tarixədək ödəniş edə
və ya elektron müraciətlərini təxirə sala bilərlər.