Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hüseyn Əliyev İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü (solisitor) seçilib.
Müvafiq qərar İngiltərə
və Uels Hüquq Cəmiyyəti tərəfindən 23 aprel 2026-cı il tarixində qəbul olunub.
Qeyd edək ki, Hüseyn
Əliyev 2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini,
2009-cu ildə Girnə Amerikan Universitetində Biznesin təşkili ixtisası üzrə
magistratura pilləsini bitirib. Daha sonra 2012-ci ildə ABŞ-nin Tuleyn
Universitetində Muskie təqaüd proqramı çərçivəsində Beynəlxalq hüquq ixtisası
üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Onun Azərbaycanda 15 ilə
yaxın peşəkar iş təcrübəsi mövcuddur. Müxtəlif şirkətlərdə fəaliyyət göstərdiyi
dövrdə eyni zamanda Bakı Dövlət Universitetində və Xəzər Universitetində
pedaqoji fəaliyyətlə də məşğul olub.
Hüseyn Əliyev 2021-ci
ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
üzvüdür.