Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, uzun illər vəkillik fəaliyyəti ilə məşğul olan Rəsul Yusifbəylinin 75 illik yubileyi qeyd olunur.
Yubiley münasibətilə VK
sədri Anar Bağırov veteran vəkili ziyarət edərək onu səmimi-qəlbdən təbrik
edib, uzunmüddətli peşə fəaliyyətində qazandığı nailiyyətləri yüksək qiymətləndirib,
möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.
Görüş zamanı Rəsul
Yusifbəyli vəkillik fəaliyyətinə dair xatirələrini bölüşüb, peşə yolunda
qarşılaşdığı maraqlı məqamlar haqqında danışıb, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Rəsul Yusifbəyli 1983-cü ildən etibarən vəkillik fəaliyyəti ilə məşğul olur və hazırda “Yusifbəyli və Partnyorları" Vəkil Bürosunun müdiri kimi fəaliyyət göstərir.
